İDMAN
Avropa Oyunları üçün daha bir arena
Bakı, 26 aprel, AZƏRTAC
Bakı-2015 ilk Avropa Oyunları üçün inşa edilmiş BMX stadionunda əsas işlər başa çatıb. Arenanın Oyunlara hazırlığını yoxlamaq üçün bu gün burada sınaq yarışı təşkil olunub. Rusiya, Almaniya və Latviyadan 13 qadın və kişi idmançı uzunluğu 358 metr olan zolaq boyunca yürüşlər həyata keçiriblər. Bunu AZƏRTAC-a Azərbaycan Velosiped İdmanı Federasiyasından bildiriblər.
Qeyd edək ki, olimpiya standartlarına uyğun inşa olunmuş BMX stadionunda 2 enmə zolağı var. Avropa Oyunlarının proqramına əsasən, 1000 nəfər tamaşaçı tutumuna malik arenada yarışlar iyunun 26-28-də keçiriləcək. Oyunlarda iştirak edəcək 32 kişi və 16 qadın idmançı Avropa Velosipedçilər Birliyinin ölkələr üzrə reytinq siyahısına əsasən müəyyənləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [17:49]
Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb
- 04.05.2024 [17:48]
Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir
- 04.05.2024 [16:57]
Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb
- 04.05.2024 [16:27]
Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub
- 04.05.2024 [16:09]
Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub
- 04.05.2024 [15:05]
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib
- 04.05.2024 [14:10]
Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib
- 04.05.2024 [12:31]