Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsi oyunların keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib

Bakı, 12 iyun, AZƏRTAC

“Azəryolservis” ASC tərəfindən “Bakı-2015” birinci Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq xeyli iş görülüb. Bu işlər Prezident İlham Əliyevin tapşırığı ilə Nəqliyyat Nazirliyinin hazırladığı “Tədbirlər Planı”na əsasən görülüb.

Bu barədə AZƏRTAC-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunub ki, ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Bakı Olimpiya stadionu ətrafında ümumi uzunluğu 14,781 kilometr 4-6 zolaqlı yeni yollar salınıb. Bura H.Əliyev küçəsinin sonundan Heydər Əliyev və Z.Bünyadov prospektlərinə paralel, “Böyükşor yol qovşağı”nadək olması planlaşdırılan yeni yol da daxildir. Yeni avtomobil yolunun inşasının birinci hissəsi layihəyə uyğun olaraq tam başa çatdırılıb. Çəkilən yolun ümumi uzunluğu 1 kilometr, hərəkət hissəsi 2-6 zolaqlıdır.

Atletlər və Media kəndlərindən Bakı Olimpiya stadionuna birbaşa çıxışı təmin etmək üçün Z.Bünyadov prospektinin alt hissəsindən keçməklə 2 avtomobil tuneli inşa edilib. Birinci tunelin uzunluğu 294 metr, ikincinin uzunluğu isə 509 metrdir. Birinci tunelin davamı olaraq birinin uzunluğu 205 metr, digərinin uzunluğu isə 167 metr olan və 5 aşırımdan ibarət 2 avtomobil körpüsü də inşa edilib.

Avtomobillər üçün nəzərdə tutulan tunel və körpülərə paralel olaraq ərazidə uzunluğu 900 metr, eni isə 30 metr olan piyada yolu inşa edilib. Yol üzərində 85 metr uzunluğunda piyada tuneli və 115 metr uzunluğunda kompleksə daxil olan üçüncü körpü də tikilib. Yarışları izləmək üçün gələn tamaşaçılar bu piyada yolu ilə birbaşa Bakı Olimpiya Stadionuna rahat gedə biləcəklər.

Nəqliyyat vasitələrinin Bakı Olimpiya stadionuna rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə “Sabunçu yol qovşağı”ndan geriyə, Bakı Olimpiya stadionuna yeni yol hissəsi salınıb. Bundan başqa Bakı Olimpiya stadionunda 3 min 100 yerlik avtomobil parkı, “Media Kəndi”ndə nəqliyyat terminalı, “Atletlər Kəndi”nin yaxınlığında avtobus meydançası, o cümlədən Avropa Oyunları parkı da inşa edilib.

“Bakı-2015” Avropa Oyunları zamanı yarışların keçiriləcəyi daha bir məkan Milli Gimnastika arenasıdır. Bu üzdən Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Milli Gimnastika arenasına giriş və çıxış yollar hazır vəziyyətə gətirilib.

Fəxri qonaqların, idmançıların və tamaşaçıların qarşılanması üçün ən çox istifadə ediləcək Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzindən “Böyükşor yol qovşağı”nadək olan 6,4 kilometr hissəsi əsaslı təmir edilib, 307,2 min kvadratmetr sahəyə asfalt-beton döşənib. Ayrıcı zolaqlarda və yol kənarlarında səki daşları dəyişdirilib, zolaqlarda və səkilərdə 11 min kvadratmetr sahəyə bəzək daşları düzülüb. Prospektdə zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq üst qapaqları dəyişdirilib, yolun kənarında yaşıllıq zonası salınıb.

Prospektdə yerləşən “Bağırov körpüsü” və tunellərdə yeni işıqlandırma sistemləri qurulub, yerüstü piyada keçidinin üzlüyü tam olaraq yenilənib, piyadaların rahat şəkildə hərəkəti üçün eskalatorların istiqaməti dəyişdirilib.

Beynəlxalq Yayım Mərkəzi kimi istifadə olunacaq "Bakı Ekspo" Mərkəzinə Heydər Əliyev prospekti boyunca, “Böyükşor yol qovşağı”ndan gedən yol və mərkəzə giriş-çıxış yolları da tam hazır vəziyyətə gətirilib.

İdman obyektlərini əlaqələndirən əsas marşrut kimi müəyyən edilmiş Z.Bünyadov prospektinin yenidən qurulması işlərinə 2011-ci ilin yanvar ayında başlanılıb. Yolun ümumi uzunluğu 9,2 kilometrdir. Prospekt boyunca 5 müxtəlif səviyyəli yol qovşağı, 4 yerüstü, 2 yeraltı piyada keçidi və hər bir istiqamət üzrə 5 olmaqla 10 cərgəli avtomobil yolundan ibarətdir. Bu da nəqliyyat vasitələrinin Z.Bünyadov prospekti boyunca “Böyükşor yol qovşağı” və “20 Yanvar dairəsi” istiqamətində maneəsiz, sürətli hərəkətini təmin edir.

I Avropa Oyunlarında müəyyən edilmiş hərəkət marşrutuna əsasən Z.Bünyadov prospektini Moskva prospekti ilə birləşdirən “20 yanvar dairəsi”nin Z.Bünyadov prospektinə birləşən hissəsində və dairənin girişlərində yolun hərəkət hissələri genişləndirilib. Moskva prospektində, “Şamaxinka” adlanan ərazidən keçməklə dairəyə daxil olan yan yolda edilən dəyişiklikdən sonra nəqliyyat vasitələri dairədə gözləmədən hərəkətlərinə davam edə bilirlər. Nəticədə sözügedən ərazilərdə nəqliyyat sıxlığı xeyli azalıb.

Moskva prospekti, “Şamaxinka” ərazisində də nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti üçün avtomobillərin hər iki istiqamətdən geri dönmələri məqsədilə əlavə yol hissələri inşa edilib, ərazidə yolun hərəkət hissəsi genişləndirilib.

Biləcəri enişindən Stend atıcılığı idman kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna nəqliyyat vasitələrinin çıxışını təmin etmək üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Beynəlxalq Avtovağzala gedən təqribən 400 metrlik giriş yolu və dairə yenidən qurulub. Mövcud 11 metr enində yol genişləndirilərək 22 metrə çatdırılıb, 16 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyü döşənib. Sözügedən ərazidə yolayrıcıları inşa edilib, işıq dirəkləri quraşdırılıb, yolboyu səki daşları düzülüb, səkilərə bəzək daşlar döşənib, abadlıq işləri aparılıb. Beynəlxalq Avtovağzalın qarşısında yerləşən yol ötürücüsünün alt hissəsində də yenidənqurma işləri həyata keçirilib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Avtovağzal dairəsi” adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə 1070 metr uzunluğunda yeni yol da inşa edilib. İnşasına 2014-cü ilin sentyabr ayında başlanılan, 2015-ci ilin may ayında yekunlaşan yolun ümumi uzunluğu 1070 metrdir. Yolun körpüyə qədər 618,7 metrlik hissəsinin eni 22 metrdir və 4 hərəkət zolağından ibarətdir. Körpünün uzunluğu isə 451,3 metr, eni 13 metrdir. Yol kənarlarında 2,5 metr enində səki salınıb, 1 metr enində ayrıcı zolaqlar qurulub. Ümumilikdə 10 min kvadratmetr sahəyə asfalt-beton örtük döşənib.

I Avropa Oyunları zamanı istifadə ediləcək idman arenalarından biri Stend Atıcılığı idman kompleksidir. Bu məqsədlə kompleksə gedən uzunluğu 1354,5 metr, eni isə 21,5 metr olan yeni yol inşa edilib. İnşasına 2014-cü ilin iyun ayında başlanılan yolda təmir-tikinti işləri bu ilin mayında yekunlaşıb.

Avropa Oyunlarında müəyyən edilmiş marşrutda istifadə edilən əsas yollardan biri də Bakı Dairəvi-1 avtomobil yoludur. Bu məqsədlə uzunluğu 13,7 kilometr olan yolun “Lökbatan dairəsi” - Biləcəri qəsəbəsi istiqamətində 3 hərəkət zolaqlı hissəsinin 181,5 min kvadrat metr sahəsi əsaslı təmir edilib. Təmir-tikinti işləri zamanı yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, həmin hissələrdə yeni yol yatağı salınıb. Yolda 8 min kubmetr torpaq işləri görülüb, təqribən 240 min kvadrat metr yeni asfalt-beton örtüyü salınıb. Yolda zədələnmiş və əyilmiş əyrixətli tirlər yeniləri ilə əvəzlənib. Bundan başqa yol kənarlarında və ayrıcı zolaqların mümkün hissələrində abadlaşdırma və yaşıllaşdırma işləri həyata keçirilib. Ümumilikdə yolda 6 min ağac əkilib.

Müəyyən edilmiş marşrutda istifadə edilən əsas istiqamətlərdən biri də Bakı-Ələt yolunun 2-14-cü kilometrlik hissəsidir. Yol üzərində BMX-Velosipedi yarışlarının keçiriləcəyi məkan - Velopark yerləşir. Veloparka gedən yollar, idman obyektinə giriş və çıxış yolları yarışların keçirilməsi üçün hazır vəziyyətə gətirilib.

Oyunların keçiriləcəyi 18 yarış obyekti arasında yeni tikilənlərdən biri də su idman növləri üzrə yarışların keçiriləcəyi Bakı Su İdman Sarayıdır. Saray ətrafında yeni yolların tikintisinə 2013-cü ilin aprel ayında başlanılıb. Burda 6,63 kilometr uzunluğunda müasir standartlara cavab verən yeni 4-6 zolaqlı yollar salınıb. Bakı Su İdman Sarayına gələn nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti üçün Bakı-Ələt avtomobil yoluna çıxan yeni yol hissəsi də salınıb. Bundan başqa piyadaların Bakı Su İdman Mərkəzinə təhlükəsiz gedişini təmin etmək məqsədilə yeni piyada keçidi də inşa olunub. Piyada keçidinin uzunluğu 226 metr, eni 8 metr, hündürlüyü isə 4 metrdir.

Avropa Oyunlarının təchizat bazasına gedən yeni yol inşa edilib. Yolun uzunluğu 6 kilometr olmaqla 2 hərəkət zolaqlıdır. Burada 29,7 min kvadrat metr sahəyə qalınlığı 25 santimetr asfalt-beton örtüyü döşənib.

“Məşəl proqramı”na uyğun olaraq, Suraxanı rayonunda yerləşən “Atəşgah” Məbədinə gedən S.Bəhlulzadə və O. Əliyev küçələrinin təmiri aparılıb, uzunluğu 4,9 kilometr olan yolun 40,7 min kvadrat metr sahəsinə asfalt-beton döşənib. Bundan başqa Ağdam rayonu ərazisində ümumi sahəsi 51min kvadrat metr olan Tərtər-Hindarx yolunun 4,6 kilometr hissəsi, Xocavənd rayonu ərazisində məcburi köçkünlərin qəsəbəsinə gedən, sahəsi 37,6 min kvadrat metr uzunluğu 5,2 kilometr olan yolun, sahəsi 40,5 min kvadrat metr olan Ələt-Astara yolunun 5,4 kilometr hissəsi, Samux rayonu ərazisində sahəsi 6 min kvadrat metr, uzunluğu 4 kilometr olan Qovlarsarı-Qaraarx yolunun orta təmiri, 13,1 min kvadrat metrlik Yuxarı Qarabağ kanalı -Beyləqan-Daşburun yolunun 2,6 kilometr hissəsinin orta təmiri, sahəsi 15,5 min kvadrat metr olan Göyçay rayonu ərazisində Mallı Şıxlı-Ərəb Şahverdili yolunun orta təmiri və s. bu kimi işlər yerinə yetirilib.

Ümumi uzunluğu 47 kilometr olan əsas marşrut şəbəkəsinin ilk Avropa Oyunlarına aid yol nişanları və “Oyunların loqosu” əks olunan zolaqlar ilə təmin edilməsi istiqamətində bütün işlər başa çatdırılıb. Yarışların əsas yol şəbəkəsi boyu ümumilikdə 200 kilometr uzunluğunda sarı xətt, 400 ədəd loqotip çəkilib.

Cari ilin fevral-may ayları ərzində, I Avropa Oyunlarına hazırlıqla bağlı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin tabeliyində olan idarə və müəssisələr tərəfindən ümumilikdə 600 min kvadrat metrdən çox sahəyə asfalt-beton örtüyü döşənib.

Beləliklə, I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsi oyunların keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir