AVROPA PARLAMENTİNİN BİNASINDA PARTLAYIŞ
Naməlum mənşəli partlayıcı maddə doldurulan poçt bağlaması Avropa Xalq Partiyasının Avropa Parlamentindəki qrupunun lideri Hans-Gert Petterinqə göndərilmişdir. Xristian-demokrat yönümlü sağ mərkəzçi partiyaların deputatlarını birləşdirən bu fraksiya Avropa Parlamentində ən iri qrupdur. İtaliyanın Baş naziri Silvio Berluskoninin “İrəli, İtaliya!” partiyası da onun tərkibinə daxildir. Polis ekspertlərinin fikrincə, əvvəlki dörd “poçt bombası” kimi, bu da İtaliyadan göndərilib və italyan anarxist qruplaşmalarının fəaliyyəti ilə bağlıdır.
Belçika polisinin məlumatına görə, Avropa Parlamentində digər şübhəli poçt bağlamaları da aşkar edilmişdir. Bunlar oraya Yeni il tətilindən sonra ilk iş günlərində göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [17:26]
Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb
- 13.11.2026 [16:23]
Fransa prezidentliyinə kim daha çox yaxındır? Rəy sorğusu
- 13.11.2026 [16:03]
İran ABŞ-nin MQ-1 PUA-sını vurub
- 13.11.2026 [15:12]