Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Parlamentinin sədrinə 10 sual

Avropa Parlamentinin sədrinə 10 sual

Bakı, 26 oktyabr, AZƏRTAC

Artıq sübut olunub ki, müasir dünyada gedən proseslərə yanaşma baxımından ikili standart rəsmən inkar edilən, lakin sükutla qəbul edilən və tətbiq olunan müxtəlif ölkələrin hüquq və öhdəliklərinə ayrı-seçkili yanaşma normasıdır.

Ölkəmizə qarşı münasibətdə ikili standartlar siyasəti hələ illər öncə 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən haqlı olaraq tənqid edilmişdir. Dövlətimizin başçısı diqqəti ona yönəltmişdir ki, Azərbaycana qarşı çox çirkin kampaniya aparılır və bu kampaniya vacib beynəlxalq tədbirlər ərəfəsində xüsusilə gücləndirilir. Çox təəssüf ki, belə qeyri-hüquqi və qeyri-bəşəri yanaşma bu gün daha şiddətlə davam etməkdədir.

AZƏRTAC xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov deyib.

O qeyd edib ki, ölkəmizə qarşı Qərbin ikili standartları xüsusən də Qarabağ məsələlərində özünü daha qabarıq göstərir. İkiüzlülük faktiki olaraq əksər Qərb ölkələrinin və Avropa Parlamentinin siyasətçiləri üçün milli mərəzə çevrilib.

“İlk növbədə, onu qeyd etmək istərdim ki, bu günlərdə Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi Qətnamə ilə tanış olduqdan sonra bunun bir sanballı qurum tərəfindən yox, sıravi meydan boşboğazlarının sözləri kimi səslənməsi qənaətinə gəldim. Çünki, heç bir hüquqi müddəaya və beynəlxalq tələblərə məhəl qoyulmadan hazırlanmış bu Qətnamə həm də yalan və böhtanla dolu bir qarayaxmadır. Bircə misal gətirməklə kifayətlənirəm ki, Qətnamə ermənilərə qarşı zülm həyata keçirildiyini, ermənilərin aclığa və qorxuya məruz qaldıqlarını, ərazilərinin işğal edildiyini, günahsız həbs olunduqlarını ehtiva edir. Halbuki, Azərbaycan tərəfi dəfələrlə bəyan edildiyi kimi ermənilərin maddi, hüquqi və mənəvi müdafiələrinin təminatı sahəsində əməli təkliflər irəli sürüb və münaqişənin dinc yolla həllinə cəhdlər göstərib.

Əminliklə demək olar ki, Qətnamənin yeganə məqsədi Azərbaycana qarşı çirkli kampaniyanın gücləndirilməsinin zəruri olduğunu göstərməkdir. Heç bir insan hüquqlarının müdafiəsini özünün əsas vəzifəsi hesab edən qurum dövləti cinayətdə və insanlığa qarşı yol verilmiş vəhşiliklərə əl qoymuş şəxslərin – erməni separatçılarının siyasi məhbus adı altında müdafiəsinə və onların azad olunmasına çağırış etməz. Buna əsl təxribat deməyəsən, nə deyəsən.

Avropa Parlamentinin heç bir əndazəyə sığmayan hədyanə Qətnaməsi Ermənistan silahlı qüvvələrinə Avropanın sülh fondundan (fikir verin, sülh fondundan) ayrılan yardımın alqışlanması bir yana, bu sahədə dırnaqarası əməkdaşlığın gücləndirilməsinə digər ölkələrin də qoşulmasına həyasız bir çağırışdır”, - deyən Vahid Novruzov avropalı deputatlara, elə avropalı bir dahinin fikirlərini xatırladıb: “Parlamentin məqsədi - yumruq davasını söz davası ilə əvəz etməkdir”.

Professor Vahid Novruzov, həmçinin Avropa Parlamentinin sədri, əvvəllər isə bu qurumda insan hüquqlarının qoruyucusu kimi vəzifə sahibi olan Roberta Metsolaya bir neçə sualla müraciət edib:

“Xanım Metsola,

1). Xahiş edirəm deyəsiniz, böyük səlahiyyət sahibi olduğunuz halda Azərbaycan ərazilərinin işğalı və uzunmüddətli blokadaları barədə niyə bir dəfə də olsa danışmamısınız?

2). Deyə bilərsiniz, dəfələrlə repressiyalarla üzləşmiş, Ermənistandakı öz ata-baba yurdlarından zorla çıxarılmış, soyqırımına məruz qalmış, yüzminlərlə Qərbi azərbaycanlının taleyi sizi niyə maraqlandırmayıb? İndi də maraqlandırmır? Axı siz Roma Papası ilə görüşdə hər bir insanın zəruri dəstək və müdafiəsinə təminat verən yanaşmanın tərəfdarı olduğunuzu bildirmisiniz.

3). Rəhbərlik etdiyiniz qurumun qətnaməsində nə haqla suveren Azərbaycan ərazisi olan Qarabağ barədə siz məlumatsızlıqdan, ya da hörmətsizlikdən, - fərq etməz, - artıq mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsi işlətmisiniz?

4). Nə əsasla, bir il bundan əvvəl, Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra bizim ölkəyə “etibarsız tərəfdaş” adını dilə gətirmisiniz? Axı Azərbaycan beynəlxalq norma və konvensiyalara riayət etməklə öz ərazi bütövlüyünü bütün dünyanın, elə sizin özünüzün də tanıdığı sərhədlər daxilində təmin etmişdir. Axı siz həm də hüquq üzrə aspirantura təhsili almısınız.

5). Xəbəriniz varmı bu “dahi dəyərləndirmə”nizdən sonra Azərbaycan Prezidenti İlham Əliyev sizi populist adlandırıb?

6). Avropa Parlamentinin rəhbəri olduğunuz bu son illərdə islamofobiya və türkofobiyanın sizin qurumun daxilində qadağan olunması istiqamətində hansı addımlar atmısınız? Təəssüf ki, heç bir addım. Belə olan halda siz hansı hüquqla və üzlə digərlərinə “hüquq dərsi” keçərək senzura tətbiq etməyi tələb edirsiniz. Sizə insan hüquqlarını beləmi müdafiə etməyi öyrədiblər, ya şirnikləndirici təsirlər sizə mane olur?

7). 2022-ci ildə Avropa Parlamentini silkələyən korrupsiya qalmaqalından sonra şəffaflıq naminə qəbul etdiyiniz yeni Etika Kodeksinin tələblərini nə əsasla özünüzə şamil etməmisiniz? Bəlkə əriniz Ukko Metsolanın Avropa İttifaqında geniş vüsət almış lobbiçilik fəaliyyətinə mane olmamaq üçün?

8). Beynəlxalq şəffaflıq təşkilatının sizə ünvanladığı iradı niyə aradan qaldırmırsınız?

9). Avropa Parlamentini qohumbazlıq yuvasına çevirmək cəhdinizdən bütün dünyanın xəbəri olmasından halisinizmi?

10). COP-a qarşı qərəzli siyasətinizin əsasında ərinizin kruiz biznesinə təsirlər durmadığına dair sübutlarınız varmı?”.

Vahid Novruzov Avropa Parlamentinin “sözəbaxan” və bəzi “ələbaxan” deputatlarına bizim onlara münasibətimizi dahi Uinston Çörçillin kəlamı ilə ifadə edib: “Əgər hər hürən itə siz dayanıb daş atsanız, nəzərdə tutduğunuz yerə heç vaxt gedib çata bilməzsiniz”.

Azərbaycanın dünyaya açıq bir ölkə kimi xarici əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd edən professor sonda deyib: Prezident İlham Əliyevin siyasəti qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əməl olunması, ikili standartlara yol verilməməsi üzərində qurulub. Bu baxımdan dövlətimizin başçısının özünün sözlərini xatırlatmaq yerinə düşərdi: “Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk... Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə, bax, bu istiqamətdə gedəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMU tələbəsi raket texnologiyaları müsabiqəsində I yerə layiq görülüb

Məktəblərdə payız tətili noyabrın 16-da başlanır

İran ABŞ-nin MQ-1 PUA-sını vurub

Günay Əfəndiyeva: “Bakı Prosesi” dövründə Azərbaycan etibarlı tərəfdaş olduğunu sübut edib

Naxçıvanda qəza baş verib, 2 nəfər xəsarət alıb

Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirilib

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Qubada İnnovasiya və Startap Düşərgəsi təşkil olunub VİDEO

Qubada İnnovasiya və Startap Düşərgəsi təşkil olunub VİDEO

Qırğızıstan rəsmisi: BMT-nin İqlim Dəyişmələri konfransları Mərkəzi Asiyada da keçirilməlidir

Polad Bülbüloğlu: Azərbaycan mədəni diplomatiyası beynəlxalq dialoqun inkişafına mühüm töhfə verir

Vəkillər Kollegiyası bir vəkili üzvlükdən xaric edib, beş nəfərə intizam tənbehi tətbiq olunub

Naxçıvan Kukla Teatrı Azərbaycan mədəniyyətini beynəlxalq miqyasda təbliğ edəcək

Şəkidə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim təşkil olunub

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Azərbaycan komandası Yeniyetmələrin Yay Olimpiya Oyunlarını 6 medalla tamamlayıb

Milli Dram Teatrında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb

“Şaxtaxtı” gömrüyündə “Meyvə şirəsi və enerji içkisi” yükündə külli miqdarda metamfetamin aşkarlandı VİDEO

“Şaxtaxtı” gömrüyündə “Meyvə şirəsi və enerji içkisi” yükündə külli miqdarda metamfetamin aşkarlandı VİDEO

Peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi üzrə qeydiyyat başlanıb

Gürcüstan vətəndaşı olan soydaşımız yeniyetmələr arasında Olimpiya çempionu olub

“Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda İCTİMAİ DİNLƏMƏ

Milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub

Maliyyə Nazirliyi 107 milyon manat vəsaiti büdcəyə bərpa edib

Həftəsonu hava necə olacaq?-  AÇIQLAMA VİDEO

Həftəsonu hava necə olacaq?- AÇIQLAMA VİDEO

Siyasi şərhçi: Bakı-London tərəfdaşlığı Azərbaycanın geosiyasi və iqtisadi mövqelərini gücləndirir

Myanmada daşqınlar səbəbindən 4950 nəfər təxliyə edilib

İqlim dəyişikliyi ilə mübarizə və tullantıların idarə olunması: Azərbaycan-Özbəkistan dialoqu

Siyasi şərhçi: Azərbaycan-Böyük Britaniya münasibətləri hərtərəfli strateji səviyyəyə yüksəlir VİDEO

Siyasi şərhçi: Azərbaycan-Böyük Britaniya münasibətləri hərtərəfli strateji səviyyəyə yüksəlir VİDEO

Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

FHN təhlükəsizlik tələblərini pozmuş yanacaqdoldurma məntəqəsinin istismarını dayandırıb VİDEO

FHN təhlükəsizlik tələblərini pozmuş yanacaqdoldurma məntəqəsinin istismarını dayandırıb VİDEO

İllərin yurd həsrəti doğma ocağın sevincinə çevrilib – Müslüm Hüseynovun gerçəkləşən qayıdış arzusu

Şagird və müəllimlər üçün yeni süni intellekt platforması istifadəyə verilib

Baş Dövlət Yol Polisi İdarəsi piyada qəzalarının artması ilə bağlı xəbərdarlıq edib

Abşeronun qədim tarixinin yadigarı: Qala qəsri - FOTOREPORTAJ

BMU-nun ikili diplom proqramının tələbələri Çində ölkəmizi təmsil ediblər

Bakıda İtaliya mətbəxinin ənənələri təqdim olunub

Sevinc Məhsimova: Könüllülərin fəaliyyəti inklüziv dəyərlərin möhkəmlənməsinə töhfə verir

SOCAR-ın vitse-prezidenti: “Azəri–Çıraq–Günəşli” Azərbaycanın enerji sektorunun əsas strateji aktivlərindən biridir

“Rəqəmsal akademiya” proqramında süni intellektin dövlət idarəçiliyində tətbiqi müzakirə olunub

Ev təsərrüfatlarının uçotu dövlət proqramlarının real ehtiyaclara uyğun planlaşdırılması üçün etibarlı informasiya bazası olacaq

Yücel Karauz: Birliyimiz gücümüz, qardaşlığımız isə ən möhkəm körpümüzdür

Nəqliyyat və anbar təsərrüfatı sahəsində 14,2 milyard manatlıq xidmət göstərilib

Nazir müavini: Bu tədris ilində 53 təhsil müəssisəsində tikinti quraşdırma işləri aparılır

Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclasına Bakı ev sahibliyi edəcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,4 faiz artıb

On ayda sənaye sektorunda 58,5 milyard manatlıq məhsul istehsal edilib

Azərbaycanlı opera müğənnisi "Carnegie Hall"da keçirilən beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycanı U-23 Avropa çempionatında 7 boksçu təmsil edəcək

BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

XİN: Azərbaycan ASB-nin əlavə öhdəliklər yaradan sənədlərinə qoşulmayıb VİDEO

XİN: Azərbaycan ASB-nin əlavə öhdəliklər yaradan sənədlərinə qoşulmayıb VİDEO

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib

On ayda ÜDM istehsalı 1,7 faiz artıb

Azərbaycanın memarlıq layihəsi beynəlxalq yaşıl bina sertifikatına layiq görülüb

Qərbi Azərbaycanda tarixi abidələrimiz- Gülvəng məbədi

Çinli professor: Rəqəmsal texnologiyalar tarixi tikililərin sənədləşdirilməsi və memarlıq irsinin mühafizəsində mühüm rol oynaya bilər

Pekin Kimya Texnologiyası Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

Bu gün Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək

Kənan Kərimzadə: Müəllimlərin orta aylıq əməkhaqqısı 1030 manat təşkil edir

Azərbaycan Premyer Liqasında XIII turun proqramı açıqlanıb

Ərəb dünyasına açılan təhsil qapısı: UNEC nümayəndələri Mərakeşdə

74 ölkədə “Outlook”, “Teams” və “Copilot” xidmətlərinin işində nasazlıq yaranıb

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Media və Yayım Şurası açıqlama yayıb

"Özəl kapitalın iqlim fəaliyyəti üçün səfərbər edilməsi”: COP31-in Azərbaycan pavilyonunda müzakirə

Dövlət Proqramı təqaüdçüsü Böyük Britaniyanın Esseks Universitetində müəllim kimi fəaliyyətə başlayıb

QDF-in iştirakı ilə COP31 çərçivəsində Türkiyə pavilyonunda dayanıqlı şəhərsalma təcrübələri müzakirə olunub

Nazir müavini: Son 5 ildə ümumi qəbul planında dövlət sifarişli yerlərin xüsusi çəkisi 50 faizə yaxınlaşıb

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabrın pensiyaları ödənilib

Azərbaycan kikboksçusu 13-cü dəfə Avropa çempionu olub

Azərbaycanda 369 akkreditasiya olunmuş qurum fəaliyyət göstərir

Musa Qasımlı: Dövlət büdcəsindən elm sahəsinə 258 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub

Mərkəzi Bank Dünya Bankı ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

“Xankəndi” Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker kimi tarixə düşüb

UEFA Millətlər Liqası: Azərbaycan yığması son oyununa çıxır

Qarabağ təbiətinin şəfa mənbəyi: 550-yə yaxın dərman bitkisi tədqiq edilib

Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır

Avropa Kuboku: “Kür” Şimali Makedoniya təmsilçisi ilə qarşılaşacaq

Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Məktəbəqədər təhsil müəssisələrinin 9 minə yaxın təhsilverəni sertifikatlaşdırılacaq

Gələn ay Bakıda sənaye sahəsi üzrə süni intellekt agentlərinin hazırlanmasına dair hakaton keçiriləcək

Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb VİDEO

Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb VİDEO

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub VİDEO

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub VİDEO

Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Bakıda İkinci Süni İntellekt Sammiti işə başlayıb

4SİM rəsmisi: Süni intellekt agentləri gələcəkdə fərdi iştirakçıların komanda funksiyasını yerinə yetirə biləcək

Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb

İnvestorların ucuzlaşmadan istifadə edərək alışlar etməsi qızılın qiymətinin artmasına səbəb olur

® “tpe”nin rəhbəri: 2028-ci il mühəndislik, tikinti və servis xidmətlərinə tələbatın pik həddə çatacağı dövrlərdən biri ola bilər

ABŞ-İran gərginliyinin neft bazarına təsiri davam edir

Alim: İrəvandakı Göy məscid Azərbaycan xalqının dini-mədəni irsinin ayrılmaz parçasıdır

On ayda Qəbələnin mehmanxana və hotellərində 92 min nəfər qarşılanıb

Pakistanda ağır yol qəzası baş verib, 11 nəfər həlak olub

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə olacaq

Bakıda sənayenin texnoloji və yaşıl transformasiyası müzakirə olunur

Bakıda “Eternity-2026” təliminin açılışı olub

Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib

Dakar-2026: Azərbaycan komandasının son təmsilçisi bu gün yarışacaq