Avropa qaz ehtiyatını artırır
Budapeşt, 7 mart, AZƏRTAC
Avropa İttifaqı ölkələrində Rusiya qazının alışında kəskin artım müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın iqtisadi onlayn nəşrləri məlumat yayıblar. Bunun şiddətli şaxtalar və qarla əlaqədar olub-olmaması barədə hələ ki, heç nə deyilmir.
Xüsusilə Fransa - 26,7 faiz, Yunanıstan - 27,3 faiz, Almaniya - 32,9 faiz, Polşa - 36 faiz, Serbiya - 52,2 faiz, Türkiyə - 52,9 faiz, Rumıniya - 54,5 faiz, Bolqarıstan - 56,5 faiz, İtaliya - 64 faiz qaz alışını artırıb. Macarıstan isə qaz tədarükünü demək olar ki, iki dəfəyə qaldırıb (keçən ilin göstəricilərinə nisbətən 85 faiz artıb).
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]