AVROPA SUBASMA TƏHLÜKƏSİ QARŞISINDADIR
Bakı, 12 iyun (AZƏRTAC). Polşada yağan yağışlar Visla çayının səviyyəsini artırmışdır. Varşava subasma təhlükəsi ilə qarşılaşmışdır. Meteoroloqlar çayda suyun səviyyəsinin səkkiz metrədək qalxacağını proqnozlaşdırırlar.
Varşavada su metronun tunellərinə sızmış, yerüstü nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşmüşdür. Malopolsk voyevodalığında daşqın nəticəsində dəmir yol körpüsü uçmuşdur. Macarıstan və Slovakiya sakinlərinin də vəziyyəti ağırdır. Minlərlə sakin ev-eşiyini tərk etməli olmuşdur. Avropa təbii fəlakətin məngənəsindən heç cür qurtula bilmir.
İnkişafa, texniki tərəqqiyə, yüksək texnologiylara doğru uzun yol keçmiş bəşər sivilizasiyası təbiətin şıltaqlıqları qarşısında hələ də minilliklər əvvəl olduğu kimi acizdir. Son ayda təbii kataklizmlər insanlara xeyli ziyan vurmuş, dünyanın hər yerində qasırğalar, vulkan püskürmələri, zəlzələlər, leysan, sel və daşqınlar tüğyan etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [19:55]
Tramp Çinə səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb
- 16.11.2026 [17:42]