SİYASƏT
AVROPA ŞURASI TƏLƏBƏLƏR VƏ HÜQUQ SAHƏSİNDƏ ÇALIŞAN GƏNCLƏR ÜÇÜN AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNİN FƏALİYYƏTİNƏ DAİR TƏLİM KEÇİRİR
AZƏRTAC xəbər verir ki, Avropa Şurasının Bakı ofisi hüquqşünas ixtisası üzrə təhsil alan tələbələr və hüquq sahəsində çalışan gənclər üçün Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyətinə dair təlim təşkil edir.
Təlimdən məqsəd hüquq fakültələrinin tələbələri və məzunlarına Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyət standartları, iş mexanizmləri, şikayətlərin verilmə qaydası, presedentləri haqqında ümumi məlumat vermək, praktik iş tapşırıqları vasitəsilə onların təcrübələrini daha da genişləndirmək, Avropa Məhkəməsi qərarlarının ölkədaxili məhkəmə təcrübəsinə təsir mexanizmlərini izah etməkdir.
Bir ay üçün nəzərdə tutulmuş təlim noyabrın 1-dən başlayacaqdır. Kursu uğurla bitirənlərə sertifikatlar təqdim olunacaqdır.