Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avropa Şurasında Fransa erməni məkrinə uymamağa dəvət edilmişdir

Strasburq, 24 yanvar (AZƏRTAC). Fransada ermənipərəst qüvvələrin ortaya atdığı qondarma “erməni soyqırımı”nı inkar etməyə görə cinayət məsuliyyəti müəyyən edən qanun ətrafında yeni siyasi möhtəkirlik cəhdləri müşahidə edilməkdədir. Həmin mürtəce qanun layihəsi istər bu təşəbbüsün qaldırıldığı Fransanın özündə, istərsə də dünyanın bir sıra başqa ölkələrində etirazla qarşılanmış, Fransa-Türkiyə münasibətlərində müəyyən narahatlıqlar da yaratmışdı. Fransanın Konstitusiya Şurası bu qanun layihəsini təsdiq etmədikdən sonra sanki bitmiş olan məsələni 2012-ci ilin sonlarında yenidən Senatın gündəliyinə gətirmək üçün can atan qüvvələr peyda olmuşdur və bununla bağlı konkret təşəbbüs də vardır. Belə hərəkətlərin yarada biləcəyi təhlükələri nəzərə alaraq Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov xüsusi müraciət hazırlamışdır. Müraciətdə deyilir: “Ailəni səciyyələndirən əsas xüsusiyyət açıq danışa bilmək, problem ortaya çıxanda onu görməzliyə vurmaq deyil, dərhal müzakirəyə çıxarmaqdır. Avropa Şurası da bizləri qovuşduran nəhəng ailədir və biz buradakı bütün münasibətlərimizdə və müzakirələrimizdə gərək səmimi olaq. Burada birləşən 47 ölkənin, əlbəttə ki, hər biri fərqlidir və bu müxtəlifliyin vəhdətinin özü çox gözəldir. Lakin bizim məramımız daim bu fərqliliyi, müxtəlifliyi qabartmaq deyil, həmin müxtəliflik və fərqlilikdə bizi birləşdirəcək, yaxın edəcək daha çox cəhətləri tapıb ortaya çıxarmaqdır. Amma təəssüf ki, bəzən ayrı-ayrı ölkələr, xüsusən də onların parlamentləri tərəfindən bu ideyaya xidmət etməyən təşəbbüslər də meydana çıxır. Fransa Senatında qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyəti müəyyənləşdirən qanun layihəsinin yenidən gündəmə gəlməsi belə arzuolunmaz hallardandır. Hər hansı bir fikri, hətta ən böyük həqiqət belə olsa, qəbul etməməyə, inkar etməyə görə cəza müəyyənləşdirmək demokratiyanın təməl prinsipləri ilə daban-dabana ziddir. Bu inkvizisiya yanaşması XXI əsrdə son dərəcə əcaib səslənir və demokratiyaya, insan haqlarına zidd olan bu cür təklifin məhz Fransa Senatında ortaya çıxması təəssüfləndiricidir. Həm də bir dəfə rədd edildikdən sonra ikinci dəfə gündəmə gətirilməsi təşəbbüsləri çox narahatedicidir. “Mən deyəni deməyən düşmənimdir” prinsipinin uzaq və yaxın tarixdə çoxlu kədərli nümunələri vardır və bu qanun layihəsi sovet totalitarizminin qanlı səhifələrini yada salır. Dünyaya demokratiya örnəyi kimi tanınan bir ölkədə demokratiyaya məsxərə sayılası belə bir addım anlaşılmazdır. Tamamilə təbii olaraq, Fransa Senatındakı təcrübəli və ağıllı siyasətçilər bu məsələ ilk dəfə ortaya çıxanda etiraz səslərini qaldırdılar və ondan imtina etməyin zəruriliyini qətiyyətlə bəyan etdilər. Haqlı da çıxdılar, müsbət nəticəyə nail oldular, Konstitusiya Şurası həmin qanun layihəsini rədd etdi.

Güman etmək olardı ki, hər şey bitdi və Senata yaraşmayan hadisə keçmişdə qaldı. Amma yox! Qondarma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti müəyyənləşdirilməsi ilə əlaqədar qanun layihəsini Fransa Senatına yeritməkdən ötrü növbəti cəhd edilir. “Erməni soyqırımı” fikrinin uydurma ideya olması məsələsini hətta bir kənara qoysaq belə, bu qəbil təşəbbüslərin demokratik düşüncəyə nə qədər zidd olması, Fransanın demokratik imicinə beynəlxalq aləmdə necə zərbə vurması heç vəchlə unudulmamalıdır.

Məsələ Senatda qaldırılmasa daha yaxşıdır və bu, ziyanın yarısından qayıtmaq olardı. Qaldırılsa belə inanıram ki, Senatın daha uzaqgörən və müdrik əksəriyyəti yenə qətiyyətlə həqiqətə və demokratik dəyərlərə zidd həmin kağız parçasının əleyhinə olacaqlar. Olmalıdırlar da! Çünki ayrı-ayrı şəxslər və qrupların şübhəli niyyətlərini demokratiyanın və Fransanın ali maraqlarından üstün tutmaq olmaz!”

Sənəd ingilis dilində nəşr edilərək Parlament Assambleyasında yayılmışdır.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib