Avropada antisemitizm narahatlıq doğurur
Berlin, 2 fevral, AZƏRTAC
“Avrobarometr” Sosioloji Mərkəzi Avropa İttifaqının üzvü olan 28 dövlətdə sorğu köçürüb. Sorğuya görə, vətəndaşların yarısı hesab edir ki, antisemitizm onların ölkəsində ictimai həmrəyliyə ciddi təhlükə törədir.
AZƏRTAC xəbər verir ki, Aİ əhalisinin üçdəbir hissəsinin fikrincə, antisemit əhval-ruhiyyəsi son 5 ildə artıb. Bu artım iri yəhudi diasporlarının yaşadığı ölkələrdə - İsveç, Almaniya, Niderland, Fransa və Danimarkada xeyli yüksəkdir.
Avropa İttifaqının ədliyyə məsələləri komissarı Vera Yurova bu günlərdə bildirib ki, IT-şirkətlər internetdə aqressiyaya xüsusi diqqət yetirir. O deyib: “Onlar təhqiramiz hesab etdikləri fikirlərin, məlumatların 70 faizini siliblər. Mən dedim ki, bu normaldır, çünki biz 100 faizini silmək istəmirik. İfadə azadlığı, söz azadlığı birinci yerdədir”.
Belçika Yəhudi Muzeyinin direktoru isə belə hesab edir: “Əsas məsələ yeni nəsillə belə vacib mövzularda söhbət etməkdir”.
Xatırladaq ki, 2014-cü ildə bu muzeydə terror hücumu nəticəsində 4 nəfər həlak olub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]