Avropada “Avropa İrs Günləri” keçirilir
Budapeşt, 16 sentyabr, AZƏRTAC
Bu günlərdə bütün Avropada “Avropa İrs Günləri” keçirilir.
AZƏRTAC xəbər verir ki, 1991-ci ildən başlayaraq hər il Avropa Şurasının himayəsi altında keçirilən bu tədbirin əsas məqsədi Avropa tarixi irs obyektlərinə və onların qorunması məsələlərinə diqqəti cəlb etmək, avropalılara onların soy-köklərini xatırlatmaq, mədəni dəyərlərin qorunub saxlanması ilə bağlı ümdə məsələləri diqqətə çatdırmaqdır.
Builki “Avropa İrs Günləri” çox mühüm və aktual bır məsələyə - “İrs və təhsil” mövzusuna həsr edilib. Ona görə ki, COVID-19 pandemiyasının mədəniyyətə təsiri hələ də davam edir: görməli yerlər turistlər üçün bağlanıb, mədəni həyat isə demək olar ki, iflic vəziyyətinə düşüb.
Bu baxımdan, “Avropa İrs Günləri”ni ləğv etmək zərurəti yaranmaması çox sevindirici haldır. Deməli, mədəniyyət qalib gələcək!
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]