AVROPADA DÜYÜ HƏYƏCANI
Amerikalı təchizatçılar Avropaya gəlib öz mallarını təriflədikdə onları başa düşən olmur. Bəs, onlar Avropada nə üçün alıcı tapa bilmirlər? Bu yaxınlarda almaniyalı müştəri amerikalı istehsalçıya belə cavab vermişdir: “Öz düyünüzü aparıb okeana tökün, tökmək istəmirsinizsə, burada yox, başqa yerdə satın”.
Sahə eksperti deyir ki, belə kobud replikalar, sadəcə olaraq, zəruridir, çünki, əks halda, amerikalı təchizatçılar heç vaxt anlamayacaqlar ki, onların genetik cəhətdən modifikasiya edilmiş düyüsünə Avropada qadağa qoyulmuşdur.
Avqustun axırlarında ABŞ avropalı məmurları xəbərdar etmişdir ki, kommersiya məqsədi ilə yetişdirilmiş düyüdə genetik cəhətdən modifikasiya olunmuş sortun izləri aşkarlanmışdır. Avropa İttifaqı ölkələrinə uzun düyü göndərən Amerika idxalçıları o vaxtdan bəri sübut etməyə çalışırlar ki, onların düyüsündə genetik cəhətdən modifikasiya olunmuş LL 601 sortunun əlamətləri yoxdur.
Bu günlərdə Avropa Komissiyası bildirmişdir ki, hər beş nümunədən birində Avropada qadağan edilmiş uzundənli düyü var. Fransa və İsveçdə aparılmış yoxlamalar nəticəsində orada da LL 601 sortunun qatışığı aşkarlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]