AVROPADA GÖRÜNMƏMİŞ İSTİLƏR TÜĞYAN EDİR
Meteoroloqların elan etdiyinə görə, hazırda Avropa qitəsində havanın temperaturu rekord səviyyədədir: Almaniya, Hollandiya və İngiltərədə 39, Fransa və İspaniyada - 40, Portuqaliyada - 41 dərəcə istilik vardır.
Almaniyada davam edən güclü istilər ölkə ərazisini quraqlığa qərq etmiş, yaşıllıqları, meşə zonalarını məhv olmaq təhlükəsi ilə üzləşdirmişdir. Ölkənin iqtisadiyyatına, xüsusilə kənd təsərrüfatına böyük ziyan vurulmuşdur. İstidən ölüm hadisələri də olmuşdur. Uzun müddət davam edən quraqlıq nəticəsində Almaniyanın nəhəng çaylarında suyun səviyyəsi xeyli aşağı düşmüş, ümumilikdə su nəqliyyatı naviqasiyasında təhlükə yaranmışdır. İyulun 18-dən etibarən Oder, Elba və Spree çaylarında dayazlıq ucbatından gəmilərin hərəkəti dayandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]