AVROPADA İŞSİZLİK ARTIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, son zamanlar Avropada işsizlik artır. Hazırda avro zonası ölkələrində işsizlərin sayı 8,9 faizdir. Bu, ötən ilin dekabr ayındakından 0,2 faiz artıqdır. Bu barədə Avropa Statistika İdarəsi məlumat yaymışdır.
Məlumatda bildirilir ki, ötən ilin dekabr ayında işsizlərin sayının az olmasına İrlandiyada təsadüf edilmişdir: 4,3 faiz. Sonrakı yerləri Lüksemburq (4,4), Avstriya (4,5), Böyük Britaniya (4,6) və Hollandiya (4,7) tutmuşdur.
İşsizlərin artım səviyyəsi ən çox Polşada (18,3 faiz) müşahidə olunmuşdur. Slovakiyada 16,9, Yunanıstanda 10,5, İspaniyada 10,4 və Almaniyada 10 faiz işsiz qeydə alınmışdır.
Avro zonasına daxil olan ölkələrdə 12,6, Avropa Birliyinin üzvü olan dövlətlərdə isə 19,5 milyon kişi və qadının işsiz olduğu göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]