Avropada səhralar əmələ gələ bilər
Bakı, 8 oktyabr, AZƏRTAC
Cənubi Avropa ərazisində səhralar əmələ gələ bilər. Qlobal istiləşmə onların formalaşmasına səbəb olacaq. Bu barədə “The Daily Telegraph” BMT-nin İqlim Dəyişmələri üzrə Hökumətlərarası ekspertlər qrupunun sədri Cim Skiyə istinadla məlumat verir.
“Bütün Avropa həssasdır, xüsusən də Aralıq dənizi. Biz artıq səhralaşmanın təkcə Şimali Afrikada deyil, həm də Yunanıstan, Portuqaliya və Türkiyə kimi Avropanın cənub ətrafında baş verdiyini müşahidə edirik”, - deyə o, bildirib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ekspertin sözlərinə görə, qlobal istiləşmə bir çox ölkəNin iqlimini rütubətli və istiyə dəyişə bilər. Bu, müxtəlif iqtisadi fəaliyyət növlərinin aparılmasını çətinləşdirəcək. Cim Ski əmindir ki, artıq 2100-cü ilə qədər bölgədə temperatur 3 dərəcə Selsi yüksələcək.
Həmçinin, Hökumətlərarası ekspertlər qrupunun sədri vurğulayıb ki, bəşəriyyət kataklizmlərin qarşısını almaq şansını artıq əldən verib və indi qlobal istiləşmənin sürətini cilovlamaq üçün dünya əhalisindən görünməmiş səylər tələb olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [16:11]
Türkiyə və Çin COP31 çərçivəsində 15 milyard dollarlıq razılaşma əldə edib
- 12.11.2026 [15:39]
“Alışan buzdan” qaz hasil edilməsinin metodu kəşf olunub
- 12.11.2026 [15:30]
Mixeil Kavelaşvili Türkiyə Prezidentini Gürcüstana dəvət edib
- 12.11.2026 [15:29]
“Bundesbank”: Almaniyada maliyyə sabitliyinə yönəlmiş risklər artır
- 12.11.2026 [15:04]
Tacikistan 2027-ci ildə KTMT-yə sədrlik edəcək
İstehlak qiymətləri açıqlanıb
- [15:22]
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]