DÜNYA
Avropalı siyasətçilər Avropa İttifaqının qarşıdakı sammitinə ümid bəsləyirlər
Praqa, 30 sentyabr, AZƏRTAC
Avropanın bir sıra paytaxtları ümid edirlər ki, Avropa İttifaqının (Aİ) Praqada keçiriləcək sammitində Aİ Şurası enerji daşıyıcılarının yüksək qiymətləri ilə bağlı böhranlı tədbirlər barədə siyasi razılaşmaya gələcək.
AZƏRTAC xəbər verir ki, buna ümid bəslədiyini ifadə edən siyasətçilərdən biri Çexiyanın sənaye və ticarət naziri Yozef Sikeladır. Nazirin sözlərinə görə o, Aİ-yə üzv dövlətlərin sənaye sahəsinə cavabdeh olan nazirlərindən Avropa Komissiyasını əldə olunan nailiyyətlərlə kifayətlənməməyə və ilk növbədə, Avropada istehlakçılar üçün qazın qiymətini aşağı sala biləcək addımlar hazırlanmasını davam etdirməyə inandıracağını gözləyir.
Avropa KİV-də yayılan məlumatlarda deyilir ki, indi böhrana qarşı tədbirlər paketi hazırlanır. Bu paketə daha ucuz üsullarla - atom elektrik stansiyalarının və bərpaolunan mənbələr hesabına istehsal edilən enerjinin tədarükçülərinin gəlirlərinə limitin qoyulması daxildir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa