Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avropanın nüfuzlu beyin mərkəzi: İtaliya özünün Qərbdə Azərbaycanın əsas tərəf müqabili olduğunu göstərdi

Avropanın nüfuzlu beyin mərkəzi: İtaliya özünün Qərbdə Azərbaycanın əsas tərəf müqabili olduğunu göstərdi

Roma, 18 aprel, AZƏRTAC

Avropanın nüfuzlu beyin mərkəzlərindən olan Avropa Xarici Əlaqələr Şurasının (ECFR) internet səhifəsində italyan və ingilis dillərində İtaliya Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunda (ISPI) və Venesiya Ka Foskari Universitetində post-sovet məkanı üzrə tədqiqatçı Karlo Frappinin “Müttəfiqliyə yaxın əlaqələr: İtaliyanın Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinə yeni yanaşması” adlı məqaləsi dərc olunub.

Məqalədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin cari ilin 19-22 fevral tarixlərində İtaliya Respublikasına həyata keçirilmiş dövlət səfərinin iki ölkə arasındakı münasibətlərdə keyfiyyət sıçrayışına gətirib çıxarması, İtaliyanın Azərbaycanla münasibətlərə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni baxışları və Qərbdə Azərbaycanın əsas tərəfdaşına çevrilməsi kimi məqamlar təhlil olunur.

Məqalənin Azərbaycan dilinə tərcüməsi təqdim olunur:

“Müttəfiqliyə yaxın əlaqələr: İtaliyanın Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinə yeni yanaşması.

İtaliya və Azərbaycan arasındakı cari razılaşmalar iqtisadi cəhətdən mühüm olsa da, onların siyasi ölçüsü, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə daha da əhəmiyyətlidir.

Roma və Bakı arasındakı ikitərəfli münasibətlərdə “keyfiyyət sıçrayışı”: Prezident İlham Əliyevin İtaliyaya 2020-ci ilin fevral ayındakı dövlət səfərini təsvir etmək üçün ən çox bu ifadədən istifadə olunur. Səfər Azərbaycanın müasir tarixində, beynəlxalq münasibətlərində misilsiz olmaqla özünəməxsus xarakter daşıyır. Səfər zamanı imzalanmış çoxsaylı sazişlərin İtaliya-Azərbaycan münasibətlərinə təsirini qiymətləndirməmək olduqca çətindir. İki ölkə arasında səfər zamanı imzalanmış sazişlər, eləcə də İtaliya Xarici İşlər Nazirliyinin ev sahibliyi etdiyi Biznes Forumda çıxış etmiş Prezident İlham Əliyevi müşayiət edən Azərbaycan nümayəndə heyətinin say və institusional profilindən də göründüyü kimi səfər iki ölkə arasındakı münasibətlərdə keyfiyyət sıçrayışı rolunu oynadı. Münasibətlərə Bakı tərəfindən edilmiş əhəmiyyətli siyasi investisiyanın İtaliyanın biznes dünyasında açıq-aşkar həvəslə qarşılandığı və daha da önəmlisi, İtaliya hökuməti tərəfindən də qarşılıqlı səylərin göstərildiyi bəlli olur. Rəsmi Roma münasibətlərin dərinləşdirilməsi üçün etdiklərini “çox yüksək gözləntilərin” olduğu yaxınlaşma prosesinin nəticəsi olaraq “dəqiq bir siyasi seçim” kimi xarakterizə etmişdir.

Səfəri işıqlandıran əksər italyan və əcnəbi KİV nümayəndələri sazişlərin iqtisadi ölçüsünə diqqət yetirsələr də, səfər zamanı Prezident İlham Əliyev və İtaliyanın Baş Naziri Cüzeppe Konte tərəfindən imzalanmış Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə iki ölkə arasındakı münasibətləri ilk dəfə ənənəvi aparıcı qüvvə olan enerji sektorundan kifayət qədər irəli apararaq müdafiə, infrastruktur və investisiyalar kimi sahələri də ehtiva etmiş oldu. İtaliya və Azərbaycan arasındakı iqtisadi qarşılıqlı asılılığı dərinləşdirəcək Trans Adriatik Qaz Kəmərinin açılışı ərəfəsində ilk dəfə olaraq iki ölkə özlərinin adlandırdığı kimi “qarşılıqlı faydalı” tərəfdaşlığa konkret forma vermiş oldu. Bu tərəfdaşlıq çərçivəsində Bakı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, Roma ikitərəfli tədiyyə balansındakı böyük mənfi saldonun bərabərləşdirilməsinə ümid edir.

Buna görə də İtaliya və Azərbaycan arasında imzalanmış sazişlərin iqtisadi cəhətdən əhəmiyyəti danılmazdır. Bununla belə, məhz həmin sazişlərin siyasi ölçüsü münasibətlərdə daha böyük sıçrayışa gətirib çıxara bilər.

Bəyannamədə İtaliyanın Minsk Qrupundakı və Aİ-dəki tərəfdaşları ilə mövqelərində uyğunsuzluq diqqəti cəlb edir.

Birgə Bəyannamə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan ərazilərini işğal edən Ermənistana qarşı Azərbaycanın iddialarını ənənəvi olaraq əsaslandırdığı beynəlxalq hüququn dayaqları olan suverenlik, ərazi bütövlüyü və milli sərhədlərin toxunulmazlığı prinsipləri əsasında sülh you ilə həllinə tərəflərin dəstəyini təsdiq edir.

Bu, Helsinki Yekun Aktının təməl prinsiplərinə istinad edilməklə Bəyannamənin siyasi əhatəsinə təsir etmədən, İtaliyanın Azərbaycan və Ermənistan arasındakı münasibətlərə yürütdüyü ekvidstansiya (bərabər məsafəlilik) siyasətindən, əhəmiyyətli dərəcədə uzaqlaşmasını göstərir. Bundan əlavə, siyasi cəhətdən həm də önəmlidir ki, Birgə Bəyannamə İtaliyanın müharibə edən tərəflərə otuz ilə yaxındır danışıqlar üzrə vasitəçilik edən özünün də üzv olduğu ATƏT-in Minsk Qrupuna açıq şəkildə istinad etmədiyi Dağlıq Qarabağla bağlı ilk bəyanatıdır. Azərbaycan hakimiyyəti hazırkı danışıqlar mexanizminin aydın şəkildə səmərəsiz və qərəzli olmasından dəfələrlə narazılığını bildirmişdir və bu da mümkün yeni və paralel danışıqlar yollarının axtarılmasını təşviq edə bilər.

Bu xüsusda, Roma Bakıya böyük jest edərək məsələ ilə bağlı aydın mövqe tutdu və müvafiq olaraq, Qərbin Şərqi Avropadakı uzadılmış münaqişələrə münasibətində ikili standartlardan çıxış etməsi ilə bağlı Azərbaycanın iddialarına cavab vermiş oldu. Bəyannamə İtaliyanın Minsk Qrupundakı və Aİ-dəki tərəfdaşları ilə mövqelərindəki uyğunsuzluğu göstərir. Həqiqətən də 2014-cü ildə Avropa İttifaqının Dağlıq Qarabağla bağlı Azərbaycanın prinsiplərini qəbul etmək istəməməsi bu ölkə ilə Assosiasiya Sazişi ilə bağlı danışıqların nəticəsiz qalmasına səbəb oldu. Bundan əlavə, bu prinsiplər hələ 2017-ci ilin fevralında başlayan yeni Aİ-Azərbaycan tərəfdaşlıq sazişi üzrə kompleks danışıqların da mərkəzində dayanır.

Buna görə də İtaliya özünün Qərbdə Azərbaycanın əsas siyasi (sadəcə iqtisadi deyil) tərəf müqabili - Prezident Əliyevin sözləri ilə desək “demək olar ki müttəfiqi” olduğunu göstərdi. Hazırda, İtaliya-Azərbaycan münasibətlərindəki keyfiyyət sıçrayışının Dağlıq Qarabağla bağlı danışıqlar üçün hər hansı konkret cəhdlə nəticələnib-nəticələnməyəcəyini demək çətindir. Bu niyyət İtaliya hakimiyyəti, milli institutları tərəfindən də davamlı olaraq dəstəklənmişdir. Eyni zamanda, Romanın Cənubi Qafqaz istiqamətində edə biləcəyi və ya fəaliyyət prioritetləri xaricində daha inamlı siyasətini təsəvvür etmək çətindir.

Buna baxmayaraq, fakt olaraq qalmaqdadır ki, İtaliyanın Azərbaycanla əlaqələrini gücləndirmək səyləri, çoxölçülü tərəfdaşlığın gücləndirilməsi perspektivində “enerjidən daha irəli getmək” yalnız iqtisadi zərurətdən irəli gəlmir. Bu, İtaliyanın artıq Aİ regional siyasətinə xələl gətirən “etimad tələ”sinin məhbusu olmaması barədə siyasi imperativi, məcburi addımdır. Roma Azərbaycanın xarici siyasətindəki əsas məsələ ilə bağlı Bakının mövqeyini qəbul etməklə keçmişdəki siyasi xətti davam etdirməmək niyyətinə açıq şəkildə işarə etmiş oldu. Bu mənada Birgə Bəyannamə tərəfləri doğru istiqamətə aparacaq kimi görünür.”

Məqalənin italyan və ingilis dillərində olan mətnləri aşağıdakı linklərdən əldə oluna bilər:

https://www.ecfr.eu/rome/post/quasi_un_alleato_il_nuovo_approccio_dellitalia_allazerbaigian_e_al_conflitt?fbclid=IwAR1FaYowx6tvTJDzXeoG2C3PrKXsnPQT1I0amWpwvXRby-Y5hZecaSKRCtc

https://www.ecfr.eu/article/commentary_almost_an_ally_italys_new_approach_to_azerbaijan_and_the_nagorno

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub