Avroparlament öz iclaslarını məhdudlaşdırır
Brüssel, 11 mart, AZƏRTAC
Avropa parlamenti COVID-19 virusunun yayılması ilə bağlı qabaqlayıcı tədbirlər qismində bu həftə yalnız bir iclas keçirəcək.
AZƏRTAC xəbər verir ki, ilkin olaraq Strasburqda bir neçə iclasın keçirilməsi planlaşdırılmışdı. Amma virusun yayılması nəzərə alınaraq, Avroparlament əvvəlcə riskli səfərlərdən qaçmaq üçün Brüsseldə qalmağı qərara alıb. Daha sonra yalnız bir dəfə iclas keçirmək və bununla da “virus tətili” elan etmək qərarına gəlib.
Bir sıra deputatlar bunun ağıllı addım və başqaları üçün nümunə olduğunu vurğulayıb. Digərləri isə bununla Avroparlamentin epidemiya təhlükəsi qarşısında öz acizliyini nümayiş etdirdiyini bildirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]