İDMAN
Avstraliya millisi 2006-cı ildən sonra ilk dəfə mundialın pley-off mərhələsinə vəsiqə qazanıb
Bakı, 30 noyabr, AZƏRTAC
Futbol üzrə Avstraliya millisi Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Danimarka yığmasını 1:0 hesabı ilə məğlub edib. Bu qələbə ilə Avstraliya millisi D qrupunda ikinci yeri tutaraq turnirin pley-off mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Qrem Arnoldun komandası qrup birincisi olan Fransaya yalnız top fərqinə görə uduzub. Avstraliya millisi 2006-cı il dünya çempionatının səkkizdəbir finalına vəsiqə qazanıb. Həmin vaxt avstraliyalılar minimal hesabla İtaliyaya uduzublar - 1:0.
Avstraliya millisi pley-off mərhələsində C qrupunun qalibi ilə oynayacaq.
Qeyd edək ki, Avstraliya çempionatın açılış turunda Fransa yığmasına 1:4 hesabı ilə uduzub. Növbəti görüşdə özünü bərpa edən komanda Tunisə qalib gəlib - 1:0.