Azərbaycan Dövlət İnformasiya Agentliyi

AVSTRALİYANIN BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB CON UİNSTON HOVARDA

Hörmətli cənab baş nazir, 

Ölkənizin Milli bayramı - Avstraliya günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında təşəkkül tapan dostluq münasibətləri qarşılıqlı surətdə faydalı əməkdaşlığımız üçün imkanlar açacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin