Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avstriyadakı “DİHAG” Holdinqin rəhbəri Artur Abdinovdan

Zati-aliləri,

Sizi ad gününüz və qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizin ötən illərdəki fəaliyyətiniz hamı tərəfindən yüksək qiymətləndirilir. Bu illər ərzində Azərbaycan demokratik, iqtisadi və sosial inkişaf, habelə beynəlxalq nüfuzunun möhkəmlənməsi yolu ilə inamla addımlayıb.

Sizin həmvətəniniz, Vyanada fəaliyyət göstərən iri sənayeçi kimi Sizi əmin etmək istəyirəm ki, bundan sonra da Vətənimizin mənafelərini hər vasitə ilə önə çəkməyə və müdafiə etməyə, onun tərəqqisinə yardımçı olmağa hazıram.

Sizin Avstriyaya rəsmi səfəriniz çərçivəsində Vyanada Azərbaycan Mədəniyyəti Mərkəzinin açılışı zamanı baş tutan qısa söhbətimizi dərin məmnunluq hissi ilə xatırlayıram.

Cənab Prezident, mənim ən xoş arzularımı qəbul edin. Sizə möhkəm cansağlığı, ailə səadəti və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Artur Abdinov

Avstriyadakı “DİHAG” Holdinqin rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin