AVTOMAŞIN OĞRULARI TUTULMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 9-da saat 19.20 radələrində Qax şəhər sakini Vaqif Əfəndiyevə məxsus “VAZ-21099” markalı avtomaşın qaçırılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qaçırılmış avtomaşın Xaçmaz rayonu ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomaşını qaçırmış Bakı şəhər sakinləri Pənah İsayev, Ceyhun Abbasov və Abşeron rayon sakini Yeganə Abbasova tutularaq araşdırma aparılması üçün Xaçmaz Rayon Polis Şöbəsinə təhvil verilmişlər.
Faktla bağlı cinayət işi başlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]