İQTİSADİYYAT
Avtomobil daşımaları sahəsində Azərbaycan ilə İran arasında Protokol imzalanıb
Tehran, 5 iyul, AZƏRTAC
Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-İran Birgə Komissiyasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın nümayəndə heyətinə Dövlət Avtomobil Xidmətinin rəisi Həbib Həsənov İran nümayəndə heyətinə isə Nəqliyyat və Şəhərsalma Nazirliyinin idarə rəisi Reza Nəfizi rəhbərlik ediblər.
İclasda Azərbaycan ilə İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdıqları problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə olunub. Tərəflər iki ölkə arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının hazırkı vəziyyətindən məmnunluq ifadə ediblər.
İclasın sonunda tərəflər arasında əməkdaşlıq haqqında Protokol imzalanıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]