AVTOMOBİL FIRILDAĞI
Berlin, 6 avqust (AZƏRTAC). Almaniyada köhnə avtomobilini metal qırıntısı toplayan bazaya təhvil verərək, yeni maşın alanlara dövlət mükafatı verilməsi ilə bağlı avtomobil dilerlərinin kütləvi fırıldaq törətmələri aşkar edilmişdir. “Bild” qəzetinin yazdığına görə, bəzi natəmiz işbazlar təhvil verilən köhnə maşınları utilləşdirmək əvəzinə, onları Şərqi Avropa və Afrika ölkələrinə satırmışlar. Polisin hesablamalarına görə, onlar 50 minə yaxın belə maşın satmışlar. Bu, metal qırıntısı bazasına rəsmi təhvil verilmiş köhnə avtomobillərin 5-10 faizini təşkil edir.
Xatırladaq ki, AFR-da bu ilin axırınadək belə bir qayda qüvvədədir ki, 9 ildən çox istifadə etdiyi maşınını metal qırıntısı bazasına təhvil verən şəxsə yeni avtomobil aldığı zaman 2500 avro məbləğində dövlət mükafatı verilir. Avtomobil bazarını stimullaşdırmağa xidmət edən bu proqramdan Almaniyanın artıq yarım milyona qədər sakini istifadə etmişdir. Polis bildirmişdir ki, dövlət mükafatı hesabına varlanmış avtomobil ticarətçilərinin bütöv bir mütəşəkkil şəbəkəsi aşkar edilmişdir. Polis, həmçinin narazılığını bildirmişdir ki, qeyri-müəyyən hüquqi vəziyyət avtomobil fırıldaqçılarını məsuliyyətə cəlb etməyə imkan vermir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.11.2026 [20:30]
Estoniya Rusiya ilə sərhəd keçid məntəqələrini bağlayacaq
- 15.11.2026 [19:41]
Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar
- 15.11.2026 [18:04]
Körfəzdə neftdaşıyan supertanker batıb
- 15.11.2026 [17:06]
ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
- 14.11.2026 [23:25]
Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH
- 14.11.2026 [22:57]
Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər
- 14.11.2026 [22:15]
Antalyada Türkiyənin İqlim Məktəbi açılıb
- 14.11.2026 [21:44]
Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb
- 14.11.2026 [21:01]
Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir
- 14.11.2026 [20:21]
Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər
- 14.11.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 14.11.2026 [20:00]
Dünya çempionu Almaniya prezidentliyinə namizəddir
- 14.11.2026 [19:30]
"Meta" 805 milyon avro məbləğində cərimələnib
- 14.11.2026 [19:07]
Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
- 14.11.2026 [18:48]
Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb
- 14.11.2026 [17:30]
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb
- 14.11.2026 [17:09]
Naxçıvanda müasir suvarma infrastrukturu qurulur
- 14.11.2026 [17:00]