Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, №7, maddə 599; 2010, №4, maddə 276, №10, maddə 841) 14.2.5-ci maddəsində “texniki baxışdan” sözlərindən əvvəl “qanunla müəyyən edilmiş hallarda” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2013-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin