Avtomobil oğruları yaxalanmışlar
Bakı, 13 iyul (AZƏRTAC). İyulun 12-də Bakı şəhər sakini Mehdi Qəhrəmanov polisə ərizə ilə müraciət edərək Q.Qarayev prospektindən “Lexus” markalı avtomobilinin oğurlandığını bildirmişdir.
Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış İlahə İmanova saxlanılmışdır.
Digər maşın oğurluğu Masallıda qeydə alınmışdır. Belə ki, iyulun 12-də Masallı rayonunun Xıl kənd sakini Bəhlul Bəşirova məxsus “VAZ-2109” markalı avtomobil oğurlanmışdır.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Lənkəran sakini Zakir Maqsudov yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]