AVTOMOBİL YÜRÜŞÜ KEÇİRİLMİŞDİR
Azərbaycan Dövlət Teleradio Şirkətinin beynəlxalq proqramlar redaksiyası respublikadakı avtomobil müəssisələri ilə birgə Bakı-Tovuz-Bakı marşrutu üzrə avtomobil yürüşü təşkil etmişdir. Yürüşdə iştirak edən avtomobillər Tovuz şəhərindəki Heydər Əliyev adına meydanda rayon sakinlərinə nümayiş etdirilmişdir.
Beynəlxalq proqramlar redaksiyasının baş redaktoru Cavanşir Cahangirov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yürüşdə 13 avtomobil şirkəti və “Mbask” sığorta şikrətinin nümayəndələri iştirak etmişlər. AzTV “UAZ” firması ilə birlikdə rayon təhsil şöbəsinə “Oka” markalı minik avtomobili bağışlamışdır.