Avtomobildən 6500 manat oğurlanıb
Bakı, 6 dekabr, AZƏRTAC
Nəsimi rayonu ərazisində gecə saatlarında naməlum şəxs yaşayış binasının həyətindəki “Mercedes” markalı avtomobildən 6500 manat pul oğurlayıb. Avtomobil sahibi bu barədə polisə müraciət edib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı F.Həsənov müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində digər bir nəfərin 1200 dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 52 yaşlı R.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [19:53]
Belarusda “Nar bayramı”na həsr olunan tədbir keçirilib
- 16.11.2026 [18:46]
COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət edib
- 16.11.2026 [18:40]
Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası olub
- 16.11.2026 [17:21]