İQTİSADİYYAT
AXA MBASK sığorta şirkəti beynəlxalq mükafata layiq görülmüşdür
Bakı, 17 aprel (AZƏRTAC). İnteqrasiya İşgüzar Klubu (Caspian Integration Business Club) AXA MBASK sığorta Şirkətini Xəzər beynəlxalq Caspian Energy Integration Award-2011 mükafatına layiq görmüşdür.
Mükafat Xəzər İnteqrasiya İşgüzar Klubu tərəfindən dünyanın 32 ölkəsində, Xəzər-Qara dəniz, Baltik dənizi regionlarında fəaliyyət göstərən 1500 şirkətin top-menecerləri və orta səviyyə menecerləri arasında keçirilmiş sorğunun nəticələrinə görə verilmişdir.
Qeyd edək ki, Caspian Energy Integration Award-2011 mükafatını öz ölkəsinin ərazisində istehsal və sosial fəaliyyət sahələrində daha fəal çalışan, habelə dünya bazarlarında öz fəaliyyətinin coğrafiyasını dinamik şəkildə genişləndirən şirkətlərin, təşkilatların və dövlət strukturlarının başçılarına təqdim edilir.