AXTARIŞDA OLAN 20 CİNAYƏTKAR TUTULMUŞDUR
Daxili işlər orqanları əməkdaşlarının apardıqları axtarış-əməliyyat tədbirləri nəticəsində müxtəlif hadisələr törətmiş, barələrində axtarış elan olunmuş 20 cinayətkar yaxalanmışdır.
DİN-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gün ərzində baş vermiş 10 cinayətin hamısının üstü isti izlərlə açılmışdır.
X X X
CİNAYƏTKAR GİZLƏNƏ BİLMƏDİ...
Göyçay rayonunun Alpoud kənd sakini, 1950-ci il təvəllüdlü Lalə Həsənovanı qətlə yetirmiş 1936-cı il təvəllüdlü Mahmud İsgəndərov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qısa müddətdə yaxalanmışdır.
Rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Hakim İmanov AZƏRTAC-ın müxbirinə demişdir ki, qısqanclıq zəminində baş verən bu ağır cinayət hadisəsinin üstünün açılmasında və cinayətkarın tapılıb tutulmasında fərqləndiyinə görə şöbənin əməliyyat müvəkkili, polis-kapitanı Şahlar Səfərəliyevə təşəkkür elan olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]