CƏMİYYƏT
Axtarışda olan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir
Bakı, 2 aprel (AZƏRTAC). Respublikanın daxili işlər orqanları tərəfindən aprelin 1-də qeydə alınmış 51 cinayət faktından 20-nin üstü “isti izlər”lə açılmışdır. Ötən günlərdən bağlı qalmış, daha 9 cinayətin üstü açılmışdır.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 11 nəfər yaralanmışdır.
Daxili işlər orqanlarının əməkdaşları narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən etmişlər.
Cinayət törətdiyinə görə 23 nəfər tutulmuşdur.