AXTARIŞDA OLANLAR TUTULUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 6-da respublika ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 12 cinayətkar tutularaq istintaq orqanlarına təhvil verilmiş, qanunsuz silah-sursatın yığılması ilə bağlı 5, narkotiklərlə əlaqəli 4 fakt aşkarlanmışdır.
Gün ərzində 21 cinayət hadisəsi qeydə alınmışdır ki, onların da 18-nin üstü isti izlərlə açılmış, müxtəlif növ cinayət törətdiklərinə görə 37 nəfər tutulmuşdur. İki yol-nəqliyyat qəzasında 1 nəfər ölmüş, 5-i yaralanmış, baş vermiş bir yanğın zamanı insan tələfatı olmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]