DÜNYA
Ay ekspedisiyasının iştirakçısı olan amerikalı astronavt vəfat edib
Bakı, 6 fevral, AZƏRTAC
Ayın səthinə ayaq basmış altıncı astronavt Edqar Mitçell ABŞ-ın Florida ştatının Uest-Palm-Biç şəhərində vəfat edib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, NASA 85 yaşlı Mitçellin vəfatı barədə onun iştirak etdiyi “Apollon-14” Ay ekspedisiyasının 45-ci ildönümündən sonra xəbər yayıb.
“Apollon-14” ekspedisiyası 1971-ci il yanvarın 31-də Kanaveral burnundan Aya yola düşmüşdü. Ekspedisiyada Mitçell və ABŞ-ın ilk astronavtı Alan Şepard iştirak edirdilər. Onlar Fra Mauro krateri rayonunda Aya enərək astronavtlar arasında ilk dəfə olaraq yerə böyük süxur kolleksiyası gətirmişdilər. Məhz bu nümunələrin sayəsində alimlər Ayın mənşəyi və təkamülü barədə fərziyyələr irəli sürüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]