İQTİSADİYYAT
Aydın Əliyev: “Sınıq Körpü” keçid məntəqəsində növbələrin və problemlərin yaranmasına səbəb işbazlardır
Bakı, 19 yanvar, Elvin Camalov, AZƏRTAC
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Sınıq Körpü” keçid məntəqəsində növbələrin və problemlərin yaranmasının əsas səbəbi işbazlardır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev mətbuat konfransında deyib.
O bildirib ki, istənilən şəxs bununla bağlı müşahidə apara bilər və “Sınıq Körpü” keçid məntəqəsindən istifadə edənlər bunu təsdiqləyə bilərlər. Azərbaycandan Gürcüstana qanunsuz yolla kibrit çöpü belə aparılmır. Ancaq Gürcüstandan Azərbaycana müxtəlif məhsullar gətirirlər. Gün ərzində bir neçə dəfə sərhədi keçirlər və ölkəyə icazə verilən normativdən artıq mal və məhsul gətirirlər.
A.Əliyev qeyd edib ki, hətta bəzi adamlar tez-tez rentgen aparatından keçir. Hansı ki, o şüadır və leykemiya xəstəliyi yaradır.