DÜNYA
Azad Suriya Ordusu daha 13 kəndi azad edib [YENİLƏNİB]
Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu daha 13 kəndi terrorçulardan azad edib.
Anadolu agentliyinin məlumatına görə, Cerablus bölgəsində 10, Rai bölgəsində isə 3 kəndi Azad Suriya Ordusu terrorçulardan təmizləyib.
Qeyd edək ki, “Firat qalxanı” adlı əməliyyata avqustun 24-də start verilib.
20:46
Azad Suriya Ordusu Suriyanın Türkiyə sərhədindəki Cerablus bölgəsində terror təşkilatı PKK-nın Suriya qolu RYD-nin nəzarətindəki daha 8 kəndi azad edib. Bu barədə Anadolu agentliyi məlumat yayıb.
Ordu komandirlərinin və yerli mənbələrin verdiyi məlumata görə, müxalif qüvvələr rayon mərkəzinin cənubunda və Fərat çayının qərbində qalan bölgədəki terror ünsürlərinə qarşı sürətlə irəliləyirlər.
Əməliyyatlarda Azad Suriya Ordusu qüvvələri 7 terrorçunu sağ ələ keçirib. Mövqelərini saxlaya bilməyən terrorçular arxada çoxlu sayda hərbi sursat buraxaraq qaçıblar.
19:21
Bakı, 28 avqust, AZƏRTAC
Azad Suriya Ordusu Suriyanın Türkiyə sərhədindəki Cerablusun cənubunda yerləşən Bir Əl-Kusa kəndini terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin əlindən xilas edib. Bu barədə Anadolu agentliyi məlumat yayıb.
Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun növbəti hədəfi Münbic şəhəridir.