İQTİSADİYYAT
AZAL bu günə olan Bakı-İstanbul aviareysini təxirə salıb
Bakı, 2 fevral, AZƏRTAC
"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu günə olan Bakı-İstanbul aviareysini təxirə salıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Onun sözlərinə görə fevralın 2-də Bakıdan İstanbula olan aviareys sərnişin azlığı səbəbindən təxirə salınıb. Uçuş yerli vaxtla saat 20:45-də olmalı idi və təyyarə yerli vaxtla saat 23:50-də İstanbula enməli idi.
“Aviareysin təxirə salınması barədə bilet alan sərnişinlərə öncədən məlumat verilib. AZAL sözügedən aviareysə bileti olan sərnişinlərə AZAL-ın hesabına alternativ aviareyslər təklif edib”, - deyə P.Kəsəmənski vurğulayıb.
Bakıdan İstanbula nəzərdə tutulan “J2 077” saylı reysin “Boeing” 767-300 tipli təyyarə ilə həyata keçirilməsi nəzərdə tutulmuşdu.