AZAL Ciddəyə uçuşları bərpa edir
Bakı, 8 sentyabr, AZƏRTAC
“Azərbaycan Hava Yolları” bu il sentyabrın 15-dən etibarən Səudiyyə Ərəbistanının Ciddə şəhərinə müntəzəm uçuşları bərpa edir.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı-Ciddə-Bakı marşrutu üzrə reyslər həftədə dörd dəfə - çərşənbə axşamı, çərşənbə, şənbə və bazar günləri yerinə yetiriləcək. Yeni uçuş cədvəli sərnişinlərə turizm, işgüzar səfərlər və digər məqsədlərlə səyahətlərini münasib qaydada planlaşdırmaq üçün əlavə imkanlar yaradacaq.
Səudiyyə Ərəbistanının əsas iqtisadi, turizm və nəqliyyat mərkəzlərindən biri olan Ciddə Qırmızı dəniz sahilində yerləşir. Şəhər ölkənin mühüm biznes və turizm mərkəzlərindən olmaqla yanaşı, Məkkə və Mədinəyə səfər edən sərnişinlər üçün də əsas hava nəqliyyatı qovşaqlarından biridir.
Ciddəyə birbaşa uçuşların bərpası Azərbaycan və Səudiyyə Ərəbistanı arasında səyahət imkanlarını genişləndirməklə yanaşı, sərnişinlərə iki ölkə arasında daha rahat hava əlaqəsindən yararlanmağa imkan verəcək.
Biletləri “Azərbaycan Hava Yolları”nın rəsmi internet səhifəsi və ya mobil tətbiqi, həmçinin aviaşirkətin satış ofisləri və akkreditə olunmuş agentlikləri vasitəsilə əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [10:54]
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
- 01.10.2026 [10:45]
“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb
- 01.10.2026 [10:37]
Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk
- 01.10.2026 [10:33]
® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!
- 01.10.2026 [10:28]
Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [19:39]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [19:34]