AZEL KOMPÜTERLƏRİN YENİ MODELLƏRİNİ TƏQDİM EDİR
Təqdimat mərasimində 1627-C3 (Premium), D-561-C və D-740-C (Value) əsasında işləyən LAZER kompüterləri nümayiş etdirilmişdir. İlk model Intel Springdale çipsetlərinin bazasında hazırlanmışdır. Ana plata mPGA478 prosessor boşluğuna yerləşdirilən istənilən intel prosessorunun işləməsini təmin edir. Həm də bu zaman Hyper Threading texnologiyası əsasında hazırlanmış prosessorların imkanlarını tamamilə realizə edir. Kompüterin daim yaddaşının maksimal həcmi 4 Qbaytdır. Plata dəstinin tərkibinə sistem blokunun istənilən yerinə bərkidilən daxili hərarət ötürücüsü daxildir. Platada ikinci COM-portun qoşulması üçün də imkan var.
Fujitsju-Siemens Computers şirkətinin sistem plataları “üç S” texnologiyası ilə seçilir. Yəni burada işin səssizliyi (Silent), sadəliyi (Simple) və təhlükəsizliyini (Secure) təmin edən bir sıra texnologiyalardan istifadə edilmişdir.
Müasir fərdi kompüterlərdə əsas küy mənbəyi soyuducu ventilyatorlar sayılır. Bu küyün minimuma endirilməsi üçün Fujitsju-Siemens” Computers şirkəti tərəfindən Silent Fan texnologiyası hazırlanmışdır ki, bu da hərarətə nəzarət edən göstəricilərin əsasında ventilyatorların sürətini tənzimləməyə imkan verir. Bu, küyün azaldılmasına və kompüter sisteminin ehtibarlılığını artırmağa imkan yaradır.
Təqdimat mərasimindən sonra jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.