İQTİSADİYYAT
“Azəravtoyol” ASC tərəfindən asfalt-beton və emulsiya zavodları istismara verilib
Bakı, 25 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında “Azəravtoyol” ASC-nin “Bakı 2 nömrəli Yol İstismarı” MMC-nin nəzdində Almaniya Federativ Respublikasından alınmış Lintec-3000 markalı, məhsuldarlığı 240 ton/saat olan asfalt-beton və emulsiya zavodları quraşdırılaraq istismara verilib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabat dövrü ərzində asfalt-beton zavodunun ərazisində hər biri 100 ton olan 11 ədəd bitum çəni də quraşdırılıb ki, bunlardan 2 ədədi yüksək keyfiyyətə malik polimer asfalt-beton qarışığı istehsalı üçün nəzərdə tutulub.
Zavod həm “mavi” yanacaq, həm də dizel yanacağı ilə çalışır. Bunun üçün ərazidə 35 tonluq dizel çəni quraşdırılıb, qaz təminatı üçün 4 kilometrə yaxın yüksəktəzyiqli qaz xətti çəkilib.