Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCAN – 2003-2008:
REALLIĞA ÇEVRİLƏN QEYRİ-ADİ ZAMAN

(Zaman və sürətə qısa fəlsəfi baxış)

RAMİZ MEHDİYEV,

Azərbaycan Respublikası Prezidentinin

İcra Aparatının rəhbəri, akademik

“Bizim son beş il ərzindəki təcrübəmiz onu göstərir ki, nəyi planlaşdırmışıqsa, nəyi bəyan etmişiksə onu icra etmişik və çox hallarda vaxtından tez etmişik”.

İlham ƏLİYEV

Müasir dövrün dəyəri «simvol» prizmasında

Dünyada və konkret məkanda baş verən proses və hadisələrin təhlilində hər bir insan fərqli mövqeyə, düşüncəyə malikdir. O da həqiqətdir ki, hər bir xalq üçün tarixən formalaşmış özünəməxsus sosial-mədəni yaddaş, mentalitet xasdır. Bu, ümumən qəbul olunmuş fikirdir. Bəşəriyyətin keçdiyi hər bir tarixi mərhələdə problemlərin qoyuluşu və həllində spesifik metodların, özəl təfəkkür tərzinin mövcudluğu, həqiqəti isə bir qədər mürəkkəb mənaya malikdir. Çünki ötüb-keçən adi günlərdə gözlənilmədən yeni tarixin başlandığını sezmək hamıya və hər kəsə müyəssər olmayan xüsusiyyətdir. Dəyişən tarixin yeni məcraya yönəldiyini duymaq tək-tək insanlara nəsib olur və onlar zamanı duyaraq, mənsub olduğu xalqı, konkret ölkəni, bəşəriyyəti irəliyə apara bilirlər.

Gerçəkliyin dəyərləndirilməsi subyektiv və unikal olsa da, ümumilikdə hökmən tarixi paralelləri yada salır, onların müqayisəsini müəyyənləşdirir. Burada təhlilin müəllifinin öz təsəvvür və meyarlar iyerarxiyası, zaman görüntüsü iştirak edir.

Bu gün dəyişən reallığın adekvat dərk edilməsi üçün zəruri olan yeni metodik novasiya - yaşanılan və gələcək «zamanın simvolu» rakursundan təhlili gündəmə gəlmişdir. Onun fərqi və üstünlüyü nədədir?

İstənilən fərdi mövqe və baxış gərəklidir. Lakin ən müxtəlif məramlı, çoxşaxəli baxışlar çoxluğundan dəyişən reallığın bütöv mənzərəsi yarana bilmir. İstənilən anlayışın lüğətlərdə onlarca tərifi var və müxtəlif dövrlərdə çeşidli məzmuna malik olur. «İnkişaf», «uğur», «siyasət» ifadələrinin fərdi təhlilinin, lüğəti mənasının heç biri Azərbaycanda konkret dövrdə gedən proseslərin miqyaslı mənzərəsini ifadə etmək üçün kifayət deyildir. Bu baxımdan reallığın, onun dəyişməsini şərtləndirən «simvol» rakursundan təhlili fərqli, daha uğurlu nəticələr əldə etməyə imkan verir.

XXI əsr nəinki qütblərin, ideologiyaların, sivilizasiyaların qarşı durduğu, həm də arxaik, ənənəvi, modern və postmodern dünyagörüşü və simvollarının üz-üzə gəldiyi zaman kimi səciyyələnir. Keçmişə və gələcəyə dair şərhlərdə hərənin öz təsəvvürlər sistemi var. Vaxtı keçmiş simvolların əsiri olanlar isə hələlik az deyil. Yeni dünyanı köhnə mental sxemlərlə izah etmək ənənəsi, ona uyğun siyasət yürütmək vərdişləri hələ də möhkəmdir. Elə buna görə də deyirlər ki, «bəzən düşüncəni dəyişmək, bütün dünyanı dəyişməkdən çətindir».

XXI yüzilliyin simvolu «sürət, dinamika» və əvvəlki zamanla müqayisə olunmayan «temp» anlayışlarıdır. Amerikalı intellektual T.Fridmana görə, «XX əsrdə böyük dövlətlər kiçikləri «udurdusa», XXI əsrdə «sürətli» dövlətlər ləng, asta templə gecikən ölkələri «həzm edəcəkdir». Bu sözlərin sadə həqiqəti köhnə simvollardan imtina etmədən yeni dünya qurmağın qeyri-mümkünlüyünü ifadə edir. «Sürət» tempinin əksi olan ləngimə ötən yüzilliyin simvolu kimi tarixdə qalmışdır.

Son beş il ərzində istər dünyada, istərsə də Azərbaycanda baş verən proseslərin düzgün qiymətləndirilməsi üçün onların «sürət» simvolu formatında təhlili obyektiv mənzərəni yaratmağa imkan verir. Bu işlər minimum zaman kəsiyində dünyanın bir çox ölkələrində (ABŞ, Rusiya, Fransa, Almaniya və s.) siyasi hakimiyyətin demokratik seçki prosesi yolu ilə əvəzlənməsi baxımından əhatəli müqayisə üçün geniş meydan açır. Bütün dünyada yeni geosiyasi, iqtisadi, qlobal reallığın ortaya çıxdığı, «soyuq müharibə» şəraitində «qaynar nöqtələrin» çoxalması paradoksunun yarandığı bir vaxtda dünya güc mərkəzlərinin beynəlxalq münasibətlərin strukturunun və sair transformasiyaların ifadəsində qeyri-müəyyənlik hissi hələlik «post» (postsivilizasiya, postmodern, postmilli, postsovet və s.) konsepsiyasında əksini tapmaqdadır. Əslində yeni, qeyri-ənənəvi reallığın formalaşması, öz növbəsində, qeyri-standart siyasi qərarlara və təfəkkürə sifariş yaratmışdır. Avropa İttifaqının komissarı E.Mendelsonun «dəyişikliklərdən müdafiə» adlandırdığı bu konsepsiyası gerçək durumun xüsusiyyətini aydın ifadə edir.

Dövlət başçısı hər bir ölkədə hakimiyyətin və dövrün simvolu kimi qəbul edilir. Dəyişən dünya liderlik keyfiyyətlərinin də dinamikasını şərtləndirir. Ölkədəki real vəziyyət liderin müəyyən obrazını daha qabarıq təqdim edir. Uğursuz islahatçı, utopik ambisiyalar, müstəbidlik cizgiləri yalnız onları bəyan edənləri deyil, bütövlükdə ölkələri iflasa uğradır. Özlərini lider təsəvvür edən insanlarda strateji təfəkkür qıtlığı təkcə yeni məqsədlərin olmaması deyil, bu, ilk növbədə, reallığı dinamik dəyişikliklər kontekstində dərk edə bilməmək xüsusiyyətini əks etdirir.

Beş il əvvəl Prezident İlham Əliyev hakimiyyətə gəldiyi zaman ölkədə və dünyada vəziyyət o qədər də sadə deyildi. Dünya siyasətçilərinin son iki nəslinin sarsılmaz hesab etdikləri qlobal nizamın əsasları laxlayaraq hərəkətə gəlmişdi. Siyasətdə bütöv bir ziddiyyətlər və paradokslar durumu ilə yanaşı, meyil və antimeyillərlə də rəftar etmək tələb olunurdu. Ənənəvi siyasi nizam modelləri çoxşaxəli, asimmetrik təsirlər dalğası önündə geri çəkilirdi. Dünyanın geosiyasi arxitekturasını bürüyən dəyişikliklərin mahiyyəti «yer kürəsi öz qabığını dəyişir» deyimi ilə sərrast ifadə olunurdu. Yeni qlobal reallığın mühüm aspektləri beynəlxalq münasibətlər, sivilizasion amillərin dinamikası və ənənəvi idarəetmə strukturlarının dəyişməsi və yenilərinin genezisi problemləri ilə şərtlənmişdi. Hətta «Tarixin sonu» əsərinin müəllifi Frensis Fukuyama da «Tarix yenidənmi başlayır?» kimi diametral əks-məzmunlu əsərini yazmalı oldu.

Hazırda dünya dövlətləri inkişaf üçün adekvat model böhranını yaşayır. Ən çox müzakirə olunan mövzu kimi bu, həm də problemlərin siyasi həllinin yeni modelinin axtarışlarını şərtləndirir. Bəhs edilən dövrü səciyyələndirən hadisələrin gedişinə əks olan ritorik sualların qoyuluşu maraqlı cavablarla müşayiət olunur: beş il əvvəl xalq öz seçimi ilə İlham Əliyevə etimad göstərməsəydi, ölkənin tarixi hansı axarla gedərdi?

2003-cü ildə proseslərin gedişi müxtəlif istiqamətlərə, vektorlara və oriyentirlərə yönələ bilərdi. Əvvəla, ümummilli liderin banisi olduğu, möhkəm təməllərə söykənən suveren Azərbaycanın tarixində dahi siyasətçinin həyatdan getməsi kimi sarsıntıdan doğan gərginlik, tərəddüd ovqatı mövcud idi. Əvəzolunmaz siyasət öndərini əvəzləyə biləcək hər bir şəxsiyyət bu zirvə-etalonla müqayisə edilirdi. Azərbaycan tarixində də dəfələrlə baş verən uğursuzluq mərhələsinin təkrar olunma ehtimalı istisna deyildi. Ancaq müstəqillik illərində əldə edilən inkişafın yüksələn xəttinin durğunluqla əvəzlənəcəyi proqnozu nisbətən qeyri-real idi. Çünki Azərbaycan Yaponiya və ya nə vaxtsa Böyük Britaniyanın olduğu kimi, dünya siyasi xəritəsində nisbətən təcrid olunmuş ada dövləti deyildi. Tarixi taleyin hökmü ilə Azərbaycan həmişə öz seçimindən asılı olmayaraq, qlobal geosiyasi maraqların cəlb edildiyi məkan olmuşdur. Elə 2003-cü ilin ən müxtəlif mənbəli mətbuatını izləsək, Azərbaycanın yüksəlişinin əleyhdarları olan qüvvələrin nə qədər fəallaşdığını aşkar görərik.

Lakin onların bütün cəhdlərinə baxmayaraq, 2003-cü ilin prezident seçkiləri ən müasir tariximizin dönüş nöqtəsi oldu. Azərbaycanın qarşısında duran başlıca strateji vəzifə Azərbaycan dövlətinin əldə edilmiş geosiyasi simasını, mövqeyini bundan sonra da qorumaq, yeni yaranan dövlətlərin və ölkəmizə qarşı qeyri-səmimi olan qüvvələrin müxtəlif məqsəd və vasitələrlə Ermənistanın işğalçılıq siyasətindən bəhrələnərək, Azərbaycan ərazisini siyasi qrupların münaqişəsi meydanına, qeyri-sabitliyin tüğyan etdiyi məkana çevirməsinin qarşısını almaq idi.

Ötən beş ilin hadisələr və ideyalarla bol olan qlobal və milli mənzərəsinə hətta sistemli, «panoram baxış» da onların hamısı üzərində dayanmağa imkan vermir. Postsovet məkanını bürüyən «narıncı inqilab» dalğasının doğurduğu sərməstlik, kənar mənbələrdən yönəldilən, müstəqil fəaliyyətə, dövlətçilik şüuruna malik olmayan müxalifətin sabitliyi pozmaq, dövlət çevrilişi etmək cəhdləri, ulu öndərin siyasi xətti nəticəsində qlobal geosiyasi enerji layihələrinin mərkəzinə çevrilmiş Azərbaycanın uğurları ilə müqayisədə uğursuzluq zolağına qədəm qoyan ölkələrin dövlətimizin Qərblə strateji enerji tərəfdaşlığının hər vəchlə qarşısını almaq cəhdləri və sair - bütün bunlar İlham Əliyevin prezidentliyinin ilk mərhələsində mövcud olan problem və təhdidlərin hələ tam olmayan siyahısıdır. Xalqın seçimi ilə hakimiyyətə gələn dövlət başçısı Azərbaycanı istəməyən qüvvələrə birmənalı, sərt bəyanat verdi: «Azərbaycanda çevriliş və inqilab üçün heç bir əsas yoxdur. Dövlət və vətəndaşın milli konsolidasiyası bu cür cəhdləri puça çıxarır!».

Bütövlükdə, ötən beş ilin yekunları Prezidentin son nitqlərində, beynəlxalq miqyasda etirafını tapan statistik göstəricilərdə bariz əks olunmuşdur. Bu illər dünya birliyi tərəfindən qəbul edilən yeni, suveren inkişaf modelinə doğru təkamül dövrü, Azərbaycan torpağının liderlər yetişdirmək potensialının davamlı ənənəyə çevrilməsinin sübutu olmuşdur. Həmin illər tariximizin ən yeni mərhələsində İlham Əliyev dövrünün başlanğıcı və uğurlu nəticələrin həkk olunduğu illər kimi yadda qalmışdır. Nə «qərbləşmə», nə də Şərq və Asiya modelinin təqlidi olmayan, yalnız Azərbaycana xas olan və onun «dövlət identikliyi» kimi milli köklərdən qaynaqlanan nadir xüsusiyyətini ifadə edən, beynəlxalq aləmdə təkzibedilməz amilə çevrilən milli inkişaf modelinin formalaşdığı illər olmuşdur.

Ötən beş ilin başlıca yekununun statistik mənzərədən başqa, simvolik mənası da vardır. Qarşıya qoyulan hər bir məqsəd, hər bir söz, milli layihə, dövlət proqramları kimi praktik fəaliyyətdə həyata keçirilmiş, həm də son dərəcə qısa müddətdə gerçəkliyə çevrilmişdir. Zamanın «sürət» simvolu siyasi liderin həssas fəhmi sayəsində fəth edilmiş, sürət tempi milli məqsədlərə tabe olunmuşdur. Bu, Azərbaycanın XXI yüzillikdə «gecikən ölkələr» qismində tarixi proseslərin autsayderi deyil, dəyişikliklərin dinamik lideri olan ölkə imici qazanmasının nəticəsi kimi ötən beş ilin dövlətçilik tarixində həmişəlik qalacağına dəlalət edir. İnkişaf tempi uğurlarımızın səbəbidir, onun nəticəsi isə növbəti mərhələyə daha yüksək sürətlə, üstün start imkanları ilə qədəm qoymaq şansıdır.

«İnkarı inkar» fəlsəfəsi: yeni siyasi mədəniyyətin dialektikası

«Bu seçkilər Azərbaycanda yeni siyasi mədəniyyətin möhkəmlənməsində öz rolunu oynayacaq, Azərbaycana yeni ənənələr gətirəcək və bundan sonra Azərbaycanda siyasi mübarizə yalnız sivil yollarla aparılacaqdır».

İlham ƏLİYEV

Müasir dövrdə siyasi hakimiyyətin demokratik yolla əvəzlənməsində, ictimai sabitliyin və sistemli varisliyin təmin olunmasında siyasi mədəniyyət amili bütün dünyada qəbul edilmiş ən zəruri siyasi texnologiyadır. 2003-cü ilin prezident seçkilərində Azərbaycanda hakimiyyət dəyişikliyinin yüksək siyasi mədəniyyət prinsipi əsasında həyata keçirilməsi ilə dövlətçiliyin, elitar sirkulyasiyanın, sivil tranzit ənənəsinin təməli qoyulmuş oldu.

Siyasi mədəniyyət Azərbaycanda səmərəli dövlətçilik mərhələsinin nailiyyətlərini təhlil etmək baxımından çox önəmli, empirik təhlillərə imkan yaradan anlayışdır. Eyni zamanda, siyasi mədəniyyət müasir politoloji fikrin ən mürəkkəb fenomenləri sırasında yer almışdır. İzahına münasibətdə ən müxtəlif mövqelər mövcud olsa da, siyasi mədəniyyət hər şeydən əvvəl inteqral məzmunlu anlayışdır. Siyasi sistemin optimal inkişaf amili kimi, siyasi mədəniyyətin uzun tarixi müddət ərzində formalaşması da qəbul edilmiş fikirdir. Müasir dövrdə «vətəndaş mədəniyyəti»nin sinonimi kimi işlədilsə də, siyasi mədəniyyət özündə hər bir dövlətin yüksəlişində siyasi imkanların bütün spektrini, səfərbərliyini, siyasi davranışın və münasibətlərin hakim stereotiplərini ehtiva edir. Ənənəvi, davamlı olaraq təkmilləşən siyasi mədəniyyət dövlətin sabitliyini təmin edən bir nömrəli şərtlərdəndir, onun bərqərar olduğu siyasi sistemdə kənar qüvvələrin mənfi təsiri minimuma endirilir. Xalq öz milli enerjisi və elektoral potensialı hesabına məqsədyönlü özünütəşkilatlandırma prosesini müstəqil idarə edir, risk, təhdid və böhran ehtimallarının növbəti siyasi trayektoriyaya təzyiqi istisna olunur.

2003-cü ilin prezident seçkiləri siyasi sistemin demokratik transformasiyasında siyasi mədəniyyəti sarsılmaz ənənəyə, Azərbaycanda demokratik dövlət quruculuğunun siyasi-intellektual fenomeni səviyyəsinə yüksəltdi. Ölkəmizdə davamlı və işlək siyasi texnologiyanın gerçəkləşməsinin başlanğıcını qoydu. Bunu əldə etmək asan olmamışdır. Səbəblər isə göz önündədir.

Hər şeydən əvvəl, Azərbaycanda siyasi sistemin təkmilləşməsi və müasirləşməsində şəxsi nümunə, rəhbər iradəsi ilə örnək olan elita, daha konkret söyləsək, prezident amili var idi. İlham Əliyevin qeyri-adi rakursdan portretini onun səmərəli siyasi fəaliyyət və mədəniyyət nümunəsi aydın şəkildə ifadə edir.

XX əsrə qədər Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna əngəl olan ən böyük maneə, onun tarixinin davamlı, fasiləsiz prosesə çevrilməsinə qarşı yönəlmiş, xarici və daxili qüvvələrin təsiri ilə qırılan, fraqmentar xarakter kəsb etməsi olmuşdur. Azərbaycan xalqının dövlətçilik tarixi buna əyani sübutdur. Suveren Azərbaycanın əleyhdarları bəzən xalqımızda bu prosesin «siyasi-sosial bədbinlik» əhval-ruhiyyəsini formalaşdırmağa da nail olurdular.

Siyasi mədəniyyət dəyişən dünyada liderliyin dinamik məzmunlu keyfiyyətləri sırasında ən mühüm yer tutur, siyasi liderin milli lider səviyyəsinə doğru intensiv təkamülünün göstəricisi kimi çıxış edir. Zaman və tarix isə sübut etdi ki, xalqın mütləq etimadını qazanmaq, intellektual, siyasi və inzibati resurslara malik olmaq şəraitində son dərəcə demokratik imic yaratmaq İlham Əliyevin nail olduğu inanılmaz uğurudur.

Napoleonun fikrincə, siyasətdə dahilik «mümkün olanla mümkün olmayanı fərqləndirə bilmək qabiliyyətidir». Prezident hakimiyyətə gəldiyi ilk vaxtdan dövlət-vətəndaş, iqtidar-müxalifət münasibətlərində «inkar» fəlsəfəsinin qeyri-mümkün, Azərbaycanın və zamanın tələblərinə cavab verməyən mövqe olduğunu birmənalı şəkildə nəzəri və təcrübi aspektdə sübut etmişdir.

Dünya siyasət tarixində qəbul olunmuş, dəfələrlə rast gəlinən faktlardan biri də əksər hallarda siyasətə «inkar» effekti üzərində gəlmək kimi presedentlərdir. Hakimiyyətə yeni gələn hər bir şəxsin siyasi-hüquqi deyil, kvazilegitimlik, nüfuz və çəki qazanmaq xatirinə özündən əvvəlki siyasi rəhbəri, onun mövqeyini, xəttini inkar etməsi ən səmərəli yol hesab olunur. Tarixdə buna saysız-hesabsız nümunələr var. «İnkar» və «inqilab» effektinə köklənən sərməstlik illüziya və hisslər üzərində qərar tutur. «İnkar» metodu, az qala, «dünya siyasi ənənəsində fatal texnologiya» kimi geniş yayılmışdır.

Siyasi transformasiyanın tarixi və müasir köklərə malik bu mexanizmi total inkar, pozuculuq, vətəndaş qarşıdurması, qeyri-sabitlik kimi təhlükəli amillərlə nəticələnir, demokratik proseslərin gərgin məcraya yönəlməsinə səbəb olur, siyasi «oyun qaydalarının» pozulmasını şərtləndirir. «İnkar» fəlsəfəsi dövlətçilik ənənələrinin davamlı təkamülünə ən böyük zərbəni vurur və cəmiyyəti uçuruma aparır. Çətinliklə əldə edilmiş daxili və xarici nailiyyətləri özünü qəbul, təsdiq etdirmək naminə inkar etmək dövlətçiliyin gələcəyinə qarşı yönələn siyasət kimi qəbul olunmalıdır. Məhz ona görə də bu illər ərzində Prezident İlham Əliyev Azərbaycanın universal demokratik prinsiplərə sadiqliyini bütün dünyaya nümayiş etdirərək alternativ, «inkarı inkar» fəlsəfəsini bəyan etdi.

Onun yeni siyasətinin böyük uğurlarından biri olan sivil müxalifətə demokratik Azərbaycan cəmiyyətində «tələbat» böhranının deyil, konstruktiv, dövlətçilik mənafeyindən çıxış edən siyasi opponentlərin olmamasını və onların “təkliflərinin” böhranının mövcudluğunu aşkar-aydın sübut etməsi oldu. Radikal qarşıdurma, savaş məntiqi, əsassız müqavimət görüntüləri, bloklaşma təfəkkürü kimi inkar vasitələrinə alternativ olan yeni rasional siyasi baxış Prezident İlham Əliyevin milli siyasi düşüncəyə və təcrübəyə gətirdiyi özəl yenilikdir.

Müasir dünya «sərt siyasi texnologiyalar»ın (hard power) gücə və müdaxiləyə əsaslanan vasitələrinin acı nəticələrini yaşayır. Bu baxımdan siyasi dialoq və ünsiyyətin sivil, «mülayim texnologiya»sına (soft power) qlobal ehtiyac vardır. Bütün bunların fonunda son illərdə Azərbaycanda siyasi sistemə gəlmiş alternativ fəlsəfə örnək model qismində çıxış edir. Bu gün ideya və ideologiyaların transmilliləşməsi fonunda Azərbaycan rəhbərliyinin nümayiş etdirdiyi və zamanın çağırışlarına cavab olan strateji təşəbbüslər yalnız milli deyil, həm də regional əhəmiyyət kəsb edir.

«İnkar» effekti «post faktum» düşüncə tərzidirsə, «inkarı inkar» gələcəyi öncədən görməyə yönümlü sivil, universal bir fəlsəfədir. Müasir dünya yalnız siyasi deyil, sistemli (iqtisadi, mədəni, geosiyasi və s.) tranzit prosesləri ilə üz-üzədir. Bütün bunlar da inkar deyil, uğurların novatorluqla sintezi və təsdiqi yeni bəşəriyyətin formalaşması üçün taleyüklü məsələdir. Ulu öndərin siyasi xəttinin davam etdirilməsində, dövlətçilik ənənəsinin «sistemli varisliyində» bu, ən mühüm məsələlərdən biridir. Prezident sübut etdi ki, Azərbaycanda sınaqdan çıxmamış istənilən model, mexanizm, layihə, ideya məqbul deyildir. Siyasi sistemin təkamülündə demokratik oyun qaydalarına heç bir vəchlə müdaxilə etmək olmaz. Heç kim, heç bir ölkə Azərbaycan cəmiyyətinin demokratik prinsiplərə sadiqliyinə şübhə edə bilməz, çünki müasir politologiya elminin mühüm anlayışlarından biri kimi, «sistemli varislik» millətin əldə etdiyi bütün nailiyyətlər kompleksini məhv etməyin qarşısına sədd çəkir. Yalnız siyasi «keçmiş və indi» deyil, həm də siyasi «gələcək» arasında qırılmaz bağların təmin olunması, səmərəli dövlətçiliyin qurulması imkanlarını genişləndirir.

Hər bir ölkədə seçkilərin gedişi ərazi quruluşu, idarəetmə formaları və ən başlıcası, siyasi mədəniyyət və ənənələrdən asılı olaraq fərqlənir. Siyasi stratifikasiyanın tərkibindən asılı olaraq, təşviqat və təbliğat sivil və ya qəddar formalarda həyata keçirilir. Yalnız zaman duyumu, vətəndaşla dialoqa yönəmli siyasi liderin şəxsi nümunəsi və iradəsi hər hansı formanın seçimini, sivil istiqamətə yönəlməsini təmin edə bilər. Dünya birliyi 2008-ci ilin seçkilərində qeyri-korrekt texnologiyanın, falş-piarların tətbiq edilmədiyini etiraf etdi. Azərbaycan xalqı isə siyasi yetkinliyə doğru daha bir çox önəmli addımlar atdı.

Son illər ərzində dəyərlərimizi, tarixi köklərimizə bağlılığı, milli-mənəvi inkişaf istiqamətlərini yenidən, dərindən təhlil və tədqiq etməyə başlamışıq. Bu dövrdə yaşanan siyasi, iqtisadi problemlər əsas diqqəti multikulturalizmin (yeni dünya nizamında mədəniyyətlərin və sivilizasiyaların müxtəlifliyini və qarşılıqlı münasibətlərini əks etdirən anlayış) önəmli mövqe tutduğu çoxqütblü yeni dünya nizamının formalaşmasına, monosentrik dünyanın transformasiyasına yönəldir. Qlobal maliyyə böhranı hazırkı dünya sisteminin yeni tənzimləyici mexanizmlərinin işlənib hazırlanmasını, maliyyə-iqtisadi subyektlərin, dövlətlərin öz məsuliyyətlərini dərk etməsini zəruri edir. Belə bir şəraitdə dəyərlərimizi anlamaq, onları həyatımızın tərkib, ayrılmaz hissəsinə çevirmək və milli əsaslara söykənən siyasi-iqtisadi inkişaf istiqamətlərimizi uğurla davam etdirmək günün tələbidir. Bu, gələcək üçün bizim ən ümdə məqsədlərimizdən biridir. Azadlıq (daxili və xarici), vətənpərvərlik, ailə ənənələri, böyüklərə hörmət və kiçiklərə sevgi və qayğı - bunlar bizim milli dəyərlərimizin əsas elementləri, cəmiyyətimizin mənəvi oriyentirləridir. Dəyərlərimizə münasibətimiz gələcək perspektivlərimizi müəyyənləşdirən amildir. Məhz buna görə öz dəyərlərimizi qoruyub saxlayaraq, Azərbaycanın Avropa təsisatlarına, universal demokratik dəyərlərə inteqrasiyasını təmin etməliyik. Məqsədimiz azad insanların ədalətli cəmiyyətini, firavan, demokratik, sivil Azərbaycan qurmaqdır. Bu yolda amalımız istedadlı, müstəqil düşüncəli, yaradıcı, kreativ, özünə tənqidi yanaşan vətəndaşlar yetişdirməkdir.

Müasir dünyanın qabaqcıl ölkələrinin təcrübəsi yeni bir fenomeni - «keyfiyyət inqilabı»nı aşkara çıxarmışdır. Xüsusilə də, «Yaponiya möcüzəsi» timsalında bu, geniş müzakirə olunur. «Keyfiyyət inqilabı» daimi, ardıcıl təkmilləşməyə, gələcəyə oriyentasiyanı, daha dəqiq deyilsə, «məqsədlərin daimiliyini» elmi prinsip kimi əsas hesab edir. Bu, yeni, uzunmüddətli perspektiv üçün hesablanmış strategiyadır. Bütün sahələrdə keyfiyyət dəyişikliklərinə, ölkədə və dünyada uğurların davamına xidmət edir.

Prezident İlham Əliyev Azərbaycanda «keyfiyyət inqilabını» daimi məqsəd kimi Gülüstan sarayında rəsmi ziyafətdə bəyan etdi: «Biz gələcəyə baxmalıyıq. Bizi gələcəkdə nələrin gözlədiyi bizdən asılıdır. Azərbaycan xalqından asılıdır. Biz seçimimizi etmişik. Azərbaycan artıq müasir ölkədir. Ancaq müasirləşmənin limiti, hüdudları yoxdur. Bu, əbədi bir prosesdir, sonsuz bir prosesdir».

Azərbaycanda siyasi sistemin, iqtisadiyyatın, institusional strukturun və infrastrukturun modernləşməsinin ən mühüm amili kimi inkişaf edən siyasi mədəniyyətin qazanılmış səviyyəsi növbəti uğurların real zəminidir. Təbii ki, siyasi mədəniyyət öz mədəniyyətinin deyil, özgə modellərin mexaniki transferi kimi mövcud olarsa, bu, nəticədə xalqın simasının, mənəvi təməllərinin yox olmasına gətirib çıxara bilər. Siyasi mədəniyyət milli dövlət identifikasiyasından bəhrələnərək, ümumbəşəri dəyərləri də əhatə etməli, siyasi proseslərdə bütün ictimai-siyasi qüvvələrin tarazlığını təmin edərək, demokratiyanı süni şəkildə tətbiq etmək, genişləndirmək cəhdlərinə sədd çəkməlidir. Bu da öz növbəsində milli birliyin, həmrəyliyin gücünə əsaslanır.

Yeni mərhələdə siyasətin təməl prinsipləri

«Biz siyasətimizi təməl prinsipləri üzərində qururuq. Azərbaycançılıq fəlsəfəsi bizim mənəvi dayağımızdır. Azərbaycanda vətəndaş həmrəyliyi, sabitlik tam bərqərar olubdur. Müstəqil siyasət, milli maraqlarımızın qorunması, milli ləyaqət, qürur, milli və dini tolerantlıq - budur bizim uğurlarımızın əsas şərtləri. Son beş ildə bizim əsas ideoloji dayaqlarımız daha da möhkəmlənmiş, Azərbaycanda vətəndaş həmrəyliyi, sabitlik tam bərqərar olunmuşdur. Bizim siyasətimizin əsas təməl prinsipləri Azərbaycan dövlətinin milli maraqlarının qorunmasıdır və bu işdə böyük uğurlar əldə edə bilmişik».

İlham ƏLİYEV

«Milli maraq» fenomeninin real məzmununu dərk etmək hər liderə nəsib olmur. Özünün müxtəlif təzahürlərində bəzən bu nəinki milli, həmçinin «antimilli» qüvvələrin maraq dairəsinə də daxil ola bilən bir anlayışdır. İngilisdilli ölkələrdə «milli maraqlar» dövlət maraqları ilə sinonim kimi tətbiq edilir. Xalq dövlətdə təşkilatlanmış millət kimi, millət də öz növbəsində «dövlət» kimi adekvat tərcüməsini tapır. Bu anlayışların sinonimik yaxınlığı Avropada milli dövlətlərin yaranma ənənəsindən qaynaqlanır.

Milli maraqlar ölkədə yaşayan konkret milli birliyin maraqları kimi dar mənadan, etnik məzmundan yüksəkdə durur və bu baxımdan «milli dövlət maraqları» anlayışının tətbiqi məqbul hesab edilir.

Dövlətin milli maraqları vətəndaşların öz həyat səviyyəsini, ictimai təsisatların sabit və davamlı inkişafını, ictimai və şəxsi mənəvi-mədəni təhlükəsizliyə, milli təhlükəsizliyə qarşı yönəlmiş təhdidlərin neytrallaşdırılması cəhdlərini ifadə edir.

Bu cəhdlər milli ideologiyada təcəssümünü tapır və obyektiv parametrlərlə şərtlənir. Bunlar dövlətin dünya siyasətində geosiyasi mövqeyi, onun tarixi müttəfiqi və yeni strateji tərəfdaşlarının mövcudluğu ilə, milli maraqların rəqabətə və yaxud anlaşmaya xidmət etməsi ilə müəyyən olunur. Milli maraq və ideologiya statik məzmunlu anlayış deyil, tarix və zamandan asılı olaraq, yeni ideyalarla zənginləşir. Milli marağın strateji aspekti konkret dövrün taktiki uğurlarını təmin edən ideyalarla qidalanır. Bu isə xalqın milli iradəsi, milli ideyanın gerçəkləşməsi üçün əsas amil və şərtdir. Subyektivizmdən, mücərrəd sxemlərdən azad olan milli ideya isə praqmatik məzmunu ilə dəyişikliklərin başlıca səbəbkarına çevrilir.

İndi dünyanın sayılan ölkələrinin heç biri xalqın sarsılmaz iradəsini, potensialını səfərbər edən milli ideya olmadan inkişaf etmir. Hər bir tarixi mərhələ milli ideala nail olmağı şərtləndirən ideyanı gündəliyə gətirir. Müasir dövrümüzdə milli ideya səviyyəsinə yüksələn və inkişaf perspektivlərimizi, gələcəyimizi müəyyənləşdirən əsas amillər innovasion cəmiyyətin qurulması və müasir vətəndaşın formalaşdırılması amalıdır. Belə bir kəlam var: “İlk növbədə vətəndaşı yaratmaq lazımdır və yalnız bu məqsədə nail olduqdan sonra vətəndaşlıq özü bərqərar olacaqdır”.

Bizim prioritetimiz, başlıca məqsədimiz biliklərə əsaslanan cəmiyyətin (knowledge based society) qurulması üçün yeni texnologiyaların tətbiqinə və milli mədəniyyətimizin qorunmasına nail olmaqdır. Bu istiqamətdə “qərb texnologiyaları - milli ruh” mövqeyindən çıxış etməyimiz mütləqdir, əks halda, “kor-koranə qərbləşmə” cəmiyyətimizin inkişafına ciddi əngəllər törədə bilər. Bu anlamda biz prioritetlərimiz ətrafında sıx birləşməli, milli ideyanı milli konsolidasiyanın əsas təkanverici qüvvəsinə çevirməliyik. Bu gün Azərbaycanın rəqabətədavamlı məkana çevrilməsi və ərazi bütövlüyünün bərpası milli ideyanın əsas nümunəsi kimi çıxış edir.

Milli ideyanın əməli, işlək amilə, tərəqqinin təkanına çevrilməsi üçün onun bir sıra şərtlərə və tələblərə cavab verməsi zəruridir. Belə ki, milli ideya ona nail olmağın vasitə və yollarını dəqiq müəyyən etməlidir:

-xalq üçün anlaşıqlı və doğma olmalıdır;

-fövqəlməqsədlər irəli sürməli, onları hədəfə almalıdır;

-real bazaya malik olmalıdır;

-gərəkli zamanda və məqamda irəli sürülməlidir;

-ölkənin ali şəxsinin amalı olaraq, onun tərəfindən bəyan edilməlidir.

Lakin milli ideya zamanın novatorluq elementləri ilə zənginləşmədikdə, elmi-obyektiv əsaslara söykənmədikdə inkişafın əngəlinə çevrilir.

Sübut etməyə ehtiyac yoxdur ki, qloballaşma dövrü milli maraqların mahiyyətinə köklü dəyişikliklər gətirir. Ümumbəşəri və millinin kövrək tarazlığının təmin edilməməsi, formalaşan yeni “geostrateji dizaynda” dövlətin rolunu müəyyənləşdirən milli təfəkkürdən məhrum olmaq onun yüksəlişinə deyil, milli faciəyə səbəb ola bilər. Bu gün Ermənistan dövlətinin milli maraqları cılız «etnik-irqi-şovinist» məzmuna qədər məhdud dərk etməsi, qlobal meyilləri, zamanı nəzərə ala bilməməsi onu regionda özünütəcrid vəziyyətinə gətirib çıxarmışdır.

Milli dövlət maraqlarının gerçəkləşdirilməsi üçün tətbiq olunan metod və vasitələr daha genişdir. Başqa xalqın maraqlarına qəsd etmək kimi «milli eqoizm» səviyyəsində patoloji anlam bütün dünya üçün təhlükə amilidir. Müasir dövlətlər regional və qlobal təhlükəsizliyin yeni arxitekturasını formalaşdırmaqdadır. Qarşılıqlı asılılığın qlobal miqyas alması qlobal maraqlar paradiqmasını da nəzərə almağı zərurətə çevirir.

Azərbaycanın son beş ildə apardığı siyasət milli və bəşəri maraqların tarazlığı üzərində qurulmuşdur. Məhz buna görədir ki, Azərbaycan dövlətinin problemlərin siyasi həlli modeli bütün dövlətlərlə qarşılıqlı surətdə faydalı əməkdaşlıq perspektivləri açır. Bir-birinin maraqlarına hörmət edən dövlətlər öz siyasətlərini birtərəfli, beynəlxalq normalara biganəlik göstərərək həyata keçirə bilməz. Qloballaşma çağında milli dövlət maraqlarının beynəlxalq, fövqəlmilli təşkilatlar səviyyəsində müdafiəsi, təcrübəsi ənənə şəklini almaqdadır. Burada mövcud və arzu olunan səviyyələr arasında hələ problemlər çox olsa da, onların beynəlxalq hüquq normaları çərçivəsində, dinc yolla həlli zəruri tələblərdən biridir.

Dövlətin milli maraqlarının və milli ideologiyasının qlobal reallığın başlıca meyillərinə müvafiq müəyyən edilməsi bütün sahələrdə fəaliyyətin milli yüksəlişə nail olmasını təmin edir.

Bununla yanaşı, qloballaşmanın doğurduğu mənfi təzahürlərin milli maraqlara əks-təsiri unudulmamalı və bu, mühüm məsələ kimi gündəlikdə qalmalıdır. Belə olan halda, dövlətin milli ideologiyası mənəvi dəyərlərə söykənərək, müxtəlif mənbəli təzyiqlərə qarşı mənəvi müqavimət və sanksiya statusu alır.

Təbii ki, ümumbəşəri, regional və milli maraqların həmahəngliyini eyni səviyyədə təmin edə bilən ideal sistem yoxdur. Yaxın və gələcək perspektivdə maraqlar simmetriyasının təmin olunması yeni metod və mexanizmlərin axtarışını gündəliyə gətirmişdir. Milli ideologiyanı isə dövlətin siyasi lideri və milli elita təqdim edir. Azərbaycanda ümummilli liderin nüfuzu və təşəbbüsü ilə formalaşan müstəqil milli elita çoxməzmunlu - siyasi, intellektual, iqtisadi, mədəni, mənəvi və sair elita komponentlərini özündə əks etdirir. Aydın məsələdir ki, dövlətçiliyin yüksəlişində dönüşə nail olmaq üçün bütün cəmiyyətin «birdən» dəyişməsi qeyri-mümkündür. Buna zamanın və dövlətin ruhunu duyan liderin siyasətini dəstəkləyən milli elitanın səfərbərliyi ilə nail olmaq mümkündür.

Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, milli elitanı birləşdirən başlıca meyar dövlətçiliyə xidmət, milli maraqların prioriteti, problem və vəzifələrin qoyuluşu və həllinə həssas münasibətlə fərqlənməkdir. Siyasətin elmi əsaslar üzərində bərqərar olması elitanın zamanın çağırışlarına uyğun, strateji düşüncə tərzinə malik olmasını, yenilik və dəyişikliklərə tələbat duyumunu önə çəkmişdir. Məhz milli-tarixi şərait, zaman və qarşıda duran problemlər fonunda milli elitanın rolu, prioritetlərin dinamikası baş verir.

Son illərin elitarlıq konsepsiyalarına nəzər salsaq, dövlət başçısının novatorluq, intellektual-siyasi təşəbbüsləri ilə paralel olaraq, milli elitanın da dinamik təfəkkür, kreativ intellekt, yaradıcı düşüncə kimi xüsusiyyətlərinin inkişafını önə çəkməsi qanunauyğun meyildir. Prezidentin elitarlıq meyarları, şəxsi nümunəsi elita qarşısında mühüm vəzifələr, dünya elitar təcrübəsinin önündə yer almaq, problemlərə Azərbaycan elitasının alternativ cavablarını təqdim etmək kimi xüsusiyyətləri mənimsəməyi diktə edir. Bütövlükdə, milli elita yeni inkişaf ideyalarının irəli sürülməsi, strateji qərarların qəbulunda dövlətə ən yaxşı, zəruri dəstəyin göstərilməsi, cəmiyyətin potensialının səfərbər edilməsi, milli dövlət maraqlarına yönümlü siyasi-intellektual missiyanın daşıyıcısı olmalıdır. Nəzəri və praktik məsələlərin həllində fəallıq və təşəbbüs milli elitanın fəaliyyətini səciyyələndirən başlıca meyarlardandır. Bu məqamda demək yerinə düşər ki, müasir dünyada intellektual elita tərəqqinin hərəkətverici qüvvəsinə çevrilmişdir. Çağdaş Azərbaycanda milli elitanın mövcud və yaxın perspektivlər üçün fəaliyyətində bütün bunlar nəzərə alınmalı olan ən mühüm məqamlardır.

Yeni lider - yeni paradiqma

“Azərbaycanla rəqabət aparmaq çox çətindir, deyə bilərəm ki, qeyri-mümkündür”.

İlham ƏLİYEV

Son beş il ərzində Azərbaycan regionda və dünyada ən dinamik inkişaf edən ölkə imicini qazanmış, intensiv və səmərəli inkişaf modelini dünyaya təqdim etmişdir. Qeyd etdiyimiz kimi, bütün dünyada model böhranının yaşandığı, hətta fövqəldövlət sayılan ölkələrin modelinin ən ciddi sınaqlardan çıxa bilmədiyi bir vaxtda bu, inanılmaz reallıqdır.

F.Fukuyama «ABŞ modelinin süqutu» adlı son əsərində müasir dünyanın dinamik, qeyri-sabit, qeyri-müəyyən reallığında adekvat inkişaf modeli axtarışlarını «fövqəlvəzifə» adlandırır. Hesab edir ki, «böyük ideyalar mürəkkəb tarixi epoxa kontekstində doğulur». Bütün dünya üçün məqbul, adekvat sayıla biləcək optimal modeli isə o, «cazibədar model» meyarı ilə səciyyələndirir.

Təbii ki, Azərbaycan dünyaya, başqa dövlətlərə inkişaf yollarını təklif və ya təbliğ etmək niyyətindən uzaqdır. Lakin Azərbaycanda beynəlxalq ekspertlərin, analitiklərin və nüfuzlu reytinq agentliklərinin yekdil qənaətlə təsdiq etdiyi «dinamik inkişaf modeli» artıq «cazibədar model» statusunu qazanmışdır. Onu optimal model kimi dərk və qəbul etmək isə zamanın işidir, bu, formalaşan yeni qlobal siyasi dizaynda Azərbaycanın strateji təşəbbüsü və gerçək mövcudluğudur. Azərbaycanın milli və regional hüdudları aşaraq, qlobal dünya kontekstinə fəal aktor kimi daxil olması İlham Əliyevin həssas dövlətçilik fəhminin, müasir siyasi rəhbər təcrübəsinin olmasını göstərir.

Bu, Şərq məkanında daha qədim olan dövlətçilik anlamının innovasion sintezinin yeni doğuluşu, «Şərqdə dövlət» stereotiplərinə və obrazına mütləq təshihlər edilməsi milli dövlətin potensialının qlobal sülhə və inteqrasiyaya yönəlməsinin yeni nümunəsidir.

Sabit yüksək indikatorların arxasında təsəvvürəgəlməz siyasi əzm, zəhmət və iradə dayanır, çünki sabitlik sistemin varisliyinin ilkin şərtidir. Azərbaycan dövlətçiliyi tarixində milli, mənəvi, mədəni ənənələrin varisliyi mövcud olmuşdur. Bundan fərqli olaraq, siyasi dövlətçilik və iqtisadi uğurların sabit davamlılığı yalnız son illərin hadisəsi və tarixi nailiyyətimizdir. Nə qədər çətin olsa da, dövlətin əbədiyaşarlığı üçün mənəvi-mədəni ənənələr onun əsas zəmanəti - liderlik ənənəsinin siyasi uzunömürlülüyün fasiləsizliyinin təmin olunmasıdır.

Bu gün Azərbaycanın iqtisadi potensialının qlobal rəqabətə davamlılığın üstün amilinə çevrilməsi, paralel olaraq siyasi qüdrətin, milli birliyin, xalqın rifahının təmin edilməsinə yönəlməsi məşhur aforizmi yada salır: «Dövlət xalq üçündür». İqtisadi yüksəliş və islahatların dinamik lideri olan ölkə obrazı isə tanınmış siyasətçinin deyimini xatırladır. Marqaret Tetçerə görə, «iqtisadi tərəqqi vasitədir, məqsəd isə insan mənəviyyatının, ruhunun dəyişdirilməsidir».

Ötən beş ildə milli iqtisadi sistemin liberallaşması, sərmayə mühitinin optimal həddə çatması, özəl sektorun sürətli inkişafı, orta sinfin formalaşması üçün əsas təməlin yaradılması, yoxsulluğun səviyyəsinin minimuma endirilməsi, strateji valyuta ehtiyatlarının artması, infrastrukturun modernləşməsi, əhalinin maddi rifahının yüksəlməsi, iqtisadi uğurların sosial, demokratik nailiyyətlərin əldə olunmasına transfer edilməsi - bütün bunlar sabit yüksək nəticələrin heç də tam siyahısı deyildir.

Müasir dövrün yeni reallığını şərtləndirən paradiqmal xüsusiyyətlərdən biri də tarix boyu ənənəvi olaraq iqtisadi hesab edilən amillərin siyasi mahiyyət kəsb etməsi, siyasi niyyət və iddiaların reallaşması vasitəsinə çevrilməsidir. Çünki yeni dünya nizamında «resurs müharibələri» XXI əsrin səciyyəvi cəhətidir, enerji siyasəti isə bəşəriyyətin qlobal təhlükəsizliyini gərginləşdirən başlıca amillərdəndir.

Azərbaycanın qlobal enerji strategiyası «siyasi təzyiq» metodu deyil, o, regional və qlobal inteqrasiyanın, qarşılıqlı bəhrələnmənin və təhlükəsizliyin təmin olunmasında danılmaz amilə çevrilmişdir. Neft diplomatiyasını müəyyənləşdirən strateji xəttin davam etdirilməsi, yeni kontinental layihələrin həyata keçirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi sahəsində ölkəmiz son beş ildə yeni zirvələr fəth etmişdir. Prezident İlham Əliyevin 2008-ci il oktyabrın 24-də andiçmə mərasimində dediyi kimi, enerji siyasəti bizə iqtisadi müstəqillik verdi, arxayınlıq verdi. “Vaxtilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri sadəcə olaraq, kağız üzərində idi. Sadəcə, bir niyyət idi, bir fikir idi. Bəziləri bunu əfsanə adlandırırdılar. Amma bu əfsanə artıq gerçəkliyə çevrilmişdir. Kim bunu edibdir? Biz etmişik! Biz öz siyasətimizlə, regional əməkdaşlıq çərçivəsində və qonşu dövlətlərin fəal iştirakı ilə bu uğurlu addımları təmin etmişik. Bu layihələr Azərbaycanın uzunmüddətli, uğurlu və dayanıqlı inkişafını təmin edəcəkdir”.

Bu gün Azərbaycanın iqtisadi siyasəti dünyaya açıq, şəffaf olması ilə fərqlənir, onun iqtisadi demokratiya prinsipləri əsasında həyata keçirilməsi dünyaya nümayiş etdirilir. Müasir siyasi analitiklər neft amilini dünyada baş verən faciələrin əsas səbəbkarı, inkişafın “təbii əngəli” də adlandırırlar. Bu sözlər “Qafqaz düyünü” adlı üçcildlik kitabın müəllifi, yazıçı, jurnalist Gennadi Korja məxsusdur. Onun fikrincə, Qafqazda qeyri-sabitliyin, münaqişələrin “sinir düyününün” səbəbkarı məhz neft amilidir.

Lakin, necə deyərlər, hər kəs öz niyyət və məramından asılı olaraq fikir yürüdür. Azərbaycanın dövlət başçısının neft və enerji siyasətinin milli, regional və qlobal təhlükəsizliyin təminatçısına çevrilməsini etiraf etməkdə çoxları acizlik çəkir. Bu, yeni zaman haqqında arxaik, vaxtı keçmiş düşüncə tərzinin əsiri olmağın, onu arxaik simvol və kateqoriyalarla izah etməyin parlaq sübutudur. Dəyişmək qorxusu, dəyişikliklərə müqavimət, perspektivsizlik hissi bu düşüncə tərzinin əsas əlamətləridir.

Dövlətlər öz tarixi təcrübələrində “siyasi dövlət”, “milli dövlət” mərhələlərini yaşayır. Müasir zaman növbəti - “sosial dövlət” anlayışını reallığa çevirmişdir. Avropa məkanında ən yüksək göstəriciləri əldə edən, optimal modelə və nisbətən böyük tarixi təcrübəyə malik olan sosial dövlətçilik, insanların tarixi birgəyaşayışının inteqrativ forması kimi, milli və siyasi təməllərlə yanaşı, sosial təməlləri də önə çəkmişdir. Qloballaşma dövründə sosial dövlətçilik, fövqəlmilli qurumların, nəhəng regional təsisatların inteqrasiyası, insanlararası münasibətlərdə özünəməxsusluğu, fikir ayrılığını şərtləndirən milli və siyasi prinsiplərlə müqayisədə, sosial prinsiplərin daha universal birlik mexanizmini təmin etməsi qənaətinə söykənir.

Sosial dövlətin ən yüksək nümunəsi tarixi “Avropa Birləşmiş Ştatları” layihəsinin gerçəkləşmiş variantı kimi, Avropa İttifaqı hesab olunur. Vahid valyuta və sair institusional mexanizmlərin birləşdirdiyi Avropa İttifaqı modeli sosial dövlətin gələcəyin dövlət modelləri sırasında öndə yer almasını şərtləndirmişdir.

Təbii ki, son beş ildə əldə edilən nəhəng uğurların böyük qismi sosial sahənin payına düşür. İndi ölkədə həyata keçirilən islahatların magistral meyli sosial yönümlülüyü ilə səciyyələnir. Onu fərqləndirən digər cəhət isə, ölkəmizdə “sosial mərkəz və əyalət” anlayışlarının ifadə etdiyi inkişaf baxımından asimmetrik imkanları şərtləndirən vəziyyətin aradan qaldırılmasıdır.

Bununla yanaşı, qeyri-neft sektorunun, elm, təhsil və mədəniyyətin inkişafı milli prioritetlər sırasındadır. Neft gəlirlərinin qeyri-neft sektoruna transferi, xarici sərmayələrin innovasion layihələrə cəlb olunması, iqtisadiyyatın çoxşaxəli təkamülü onun ancaq təbii sərvətlərə istinad etməsini və enerji resurslarından asılılığını aradan qaldırmaq kimi strateji vəzifəyə xidmət etmişdir və edir.

Azərbaycanın ən müasir tarixinə çevrilmiş yeni mərhələnin bioqrafiyasını, nailiyyətlərini təhlil etmək çox geniş müzakirələrin mövzusudur və zaman baxımından bu günün reallığı kimi göz önündədir. Başlanan növbəti mərhələ barədə ilkin proqnozları müəyyənləşdirmək üçün bunlar yeni yüzillikdə inkişaf sürətinin, uğur zirvəsinin nümunəsi kimi daim müqayisələrin istinad nöqtəsi, meyar göstərici statusu olacaqdır.

Düşünürəm ki, öz uğurları ilə fəxr etmək hər bir insana xas olan keyfiyyətdir. Xalqın nailiyyətlərinin bir insanın şəxsi uğurları ilə üst-üstə düşməsi isə nadir hallarda baş verir. Beş il ölkə “hər bir vətəndaşın prezidenti” ilə çiyin-çiyinə addımlamışdır. Bu milli konsolidasiya qarşıdakı beş ilin də birgə qət edilməsinin, “öz liderinin əsrlərə boylanan suveren Azərbaycan məmləkəti” adlanan fövqəlməqsədi irəli sürməsinin rəhni olmuşdur.

Yeni zaman inkişaf meyarları sırasına “rəqabətə davamlılıq” keyfiyyətini də daxil etmişdir. Bu anlayış yeni dövrün bütöv, sistemli məzmununu əks etdirir və beynəlxalq münasibətlərin həm obyekti, həm də subyekti qarşısında mürəkkəb vəzifələr irəli sürür. Yalnız bir sahədə deyil, bütün - iqtisadi, hərbi, siyasi, mədəni, mənəvi və sair sahələrdə örnək səviyyəsini nümayiş etdirir.

Bu gün lider nə inzibati, nə də sırf siyasi kateqoriyadır. Qloballaşma dövründə bu, ilk növbədə, həmişəkindən daha çox mənəvi, milli, ideal simvoldur. Liderin malik olduğu ən böyük kapital xalqın etimadıdır, milli konsolidasiyadır.

Amerikalı politoloq-alim C.Saymonton Avropanın siyasi, dövlət xadimlərinin, ABŞ prezidentlərinin, bütövlükdə dünyada 342 liderin fəaliyyətini təhlil etmək nəticəsində belə bir yekun qənaət irəli sürmüşdür: hər bir konkret tarixi mərhələdə liderin şəxsi, intellektual, strateji potensialı yaşanılan zamanın tamamilə fərqli, əvvəlki dövrdə rast gəlinməyən, original “situasion amillərin” təsirlərini duymaq, onların mənfi nəticələrinin dəf edilməsi gedişində yeni strateji dizaynın təşəbbüskarı kimi sınaqdan çıxır, milli və beynəlxalq etiraf səviyyəsinə yüksəlir.

Liderliyin universal formulunun olmaması da bununla bağlıdır və hər bir tarixi şəraitin daha mürəkkəb mahiyyətli problemləri ortaya qoyması ilə şərtlənmişdir. Siyasi problemlər mahiyyətcə ən dinamik dəyişən sahə olduğu üçün, onların qoyuluşu və həlli üsulları daha sürətlə dəyişir. Bu da liderdən sınanılmış xəttin tamamilə yeni mövqe, tələb və qüvvələr nisbəti müstəvisində tətbiqi üçün, sözün əsl mənasında, siyasi yaradıcılıq, novatorluq fəhmi kimi keyfiyyətlər tələb edir. Buna malik olmayan siyasi rəhbərlər milli və qlobal miqyasda sabitliyin deyil, gərginliyin yaranmasının səbəbkarına çevrilir, bəşəriyyəti bəlli olmayan təhlükəli proseslərə düçar edirlər.

Situasion amillərə siyasi məharət və mədəniyyət, şəxsiyyəti hakimiyyət zirvəsinə ucaldan məziyyətlərin, - milli maraqlara söykənən strategiyadan çıxış etmək, siyasi “oyun qaydalarının” sivil hüdudlarını gözləmək, legitimlik və sair, - geniş spektri daxildir. Milli tarixi şəraitin nəzarət altına alınması, dövlətçilik mənafeyinə tabe edilməsi hər bir dövrdə özünəməxsus parametrlərlə ölçülür.

2008-ci ilin prezident seçkilərinin nəticəsi müstəqil Azərbaycanın tarixində yeni dövrün başlanmasının göstəricisidir desək, səhv etmərik. Əldə etdiyimiz nailiyyətlər bizə gələcək inkişaf perspektivlərini, yeni siyasi məkanı və mədəniyyəti, siyasi və iqtisadi strukturu təkmilləşdirməyi, cəmiyyətimizin növbəti illər üçün inkişaf istiqamətlərinin əsas cizgilərini nəzərdən keçirməyə, vətəndaşların azad və firavan ölkədə, ədalətli cəmiyyətdə yaşayacaqlarına inamının artmasına imkan verir.

Bu gün Azərbaycan cəmiyyətini və hər birimizi maraqlandıran əsas sual demokratik cəmiyyətdə yaşayıb-yaşamayacağımız deyildir. Artıq demokratiya inkişaf xəttimizin əsas mahiyyəti və başlıca elementidir. Ölkəmizin hər bir düşüncəli vətəndaşı üçün əsas sual Azərbaycan demokratiyasının hansı istiqamətdə inkişaf edəcəyi perspektivləridir. Bu sual müasirliyi, dünyəviliyi, inkişafı prioritet elan etmiş Azərbaycan dövləti üçün mühüm məsələlərdən biridir. Milli demokratik model əsas olaraq, cəmiyyətimizdə milli mentaliteti və özünəməxsusluğu, özünüdərkin yeni səviyyəsini, tarixən çətinliklər və qurbanlar hesabına əldə etdiyimiz qələbələrin rəmzi kimi formalaşacaqdır. Tam aydın məsələdir ki, demokratik inkişaf xəttini vətəndaşlarımıza başqaları, özgələri deyil, bizlər, cəmiyyətimiz, hər birimiz aşılayacağıq. Çünki hər bir inkişaf modeli, ilk növbədə, milli xüsusiyyətləri tam şəkildə özündə əks etdirməyi bacarmalıdır və yalnız bu halda onun uğuru gözləniləndir.

Növbəti illər ərzində formalaşacaq demokratik təsisatlar cəmiyyətimizin bütün sosial təbəqələrində tədricən özünəməxsus yer tutacaqdır. Bundan sonra da təkamül yolu ilə demokratik dövlətin səmərəsi daim artacaq, sosial və siyasi funksiyalar vətəndaşlara və onların birgə təşkilatlarına daha çox həvalə olunacaq, onlar özünüidarəyə fəal surətdə cəlb ediləcəkdir. Bu, praqmatik düşüncə tərzinin təzahürü, ölkəmizin demokratik konsolidasiyaya doğru atacağı mühüm addımların bariz nümunəsi olacaqdır.

Eyni zamanda, cəmiyyətimizin demokratik inkişafı naminə siyasi partiyaların fəaliyyətinə yenidən baxılması zəruri və vacib amillərdən birinə çevrilir. Reallıq ondan ibarətdir ki, müasir dövrdə Azərbaycanda siyasi partiyaların yeni dövrə qədəm qoyması mütləqdir. İlk növbədə, bu, partiyaların regenerasiyasına, onların fəaliyyətinin və ideoloji xətlərinin cəmiyyətə yenidən təqdim olunmasına imkan verəcəkdir. Artıq cəmiyyətimizin inkişafı siyasi məkanda çoxsaylı xırda, cılız partiyaların süni mövcudluğunu qəbul etmir və konstruktiv, özünəməxsus ideologiyası olan bir neçə siyasi partiyanın fəaliyyətini zərurətə çevirir. Bu isə, öz növbəsində, yeni siyasi mədəniyyətin formalaşmasına bir töhfədir. İkincisi, artıq yeni dövr partiyaların ideoloji xəttinin - sağ, sol və mərkəz meyillərinin Azərbaycan cəmiyyətinə gətirilməsini önə çəkir. İdeoloji xətlərin müəyyənləşdirilməsi cəmiyyətin siyasi, iqtisadi və sosial inkişaf səmtlərini formalaşdıran amillərdir. Üçüncüsü, bu gün siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi nəinki Azərbaycan, hətta Qərbin bir çox demokratik ölkələri üçün aktuallıq kəsb etməyə başlayıbdır. Ümumiyyətlə, bu məsələ ətrafında Avropa təşkilatları ümumavropa konsepsiyasını hazırlamağa, ən azı isə, onun əsas ümumi müddəalarının konturlarını çəkməyə səy göstərirlər. Həqiqət isə ondan ibarətdir ki, bu ümumi müddəalar arasında hər bir dövlətə, onun milli-mənəvi dəyərlərinə, siyasi sisteminə, tarixinə və sair xas olan xüsusiyyətlər beynəlxalq təcrübənin nə qədər zəngin və müxtəlif olduğunu büruzə verir. Geniş yayılmış təcrübə ondan ibarətdir ki, dövlət maliyyəsi parlamentdə təmsil olunan bütün partiyaları əhatə etməlidir. Qardaş Türkiyə Cümhuriyyətində siyasi partiyaların Böyük Millət Məclisində təmsil olunması əsas meyar hesab edilir. Bununla belə, müxtəlif siyasi qüvvələr arasında bərabər şanslılığı təmin etmək üçün, bu meyar elektoratın mühüm hissəsini təmsil edən və seçkilərdə iştirak edən partiyalara da şamil olunur. Fransa Respublikasında dövlət yardımı sonuncu parlament seçkilərinin birinci turunda qazanılmış səslərlə mütənasiblik təşkil edir. Əsas şərt, ən azı, 50 seçki dairəsində səslərin 1 faizini qazanmış namizədləri təqdim etməkdir. Bu mərhələni keçən və parlamentdə təmsil olunan partiyalar isə deputatların sayına uyğun olaraq, dövlət yardımından bəhrələnirlər. Bu misallardan göründüyü kimi, beynəlxalq təcrübədə müxtəlif metodlar mövcuddur. Bütün bunlar siyasi partiyaların xarici dövlətlərin müxtəlif qurumları tərəfindən maliyyələşdirilməsinin qarşısını almalıdır, çünki “pul verən, musiqini də sifariş edir”.

Bir də ki, keçən əsrin 90-cı illərinin əvvəlində qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanun Azərbaycanın bugünkü reallığına cavab vermədiyindən, demokratik inkişafımıza müəyyən çətinliklər yaradır.

Əsas amal Azərbaycanı inkişaf etmiş, rəqabətədavamlı, vətəndaş cəmiyyətinin bərqərar olduğu, demokratik təsisatların azad fəaliyyət göstərdiyi müasir məkana çevirməkdir.

Beləliklə, beş il ərzində nail olduğumuz qələbələrin, Azərbaycanın beynəlxalq uğurlarının, “regionda və dünyada dinamik inkişaf edən ölkə” imicinin nə qədər çətin situasion amillərin çulğaşdığı məqamda əldə olunması yeni zamanın lideri obrazını gözümüz önündə canlandırır. Ətrafdakı ölkələrin fasiləsiz gərginlik ocağına, bölgədə sabitlik üçün təhlükə mənbəyinə çevrildiyi çətin şəraitdə Azərbaycan qlobal təhlükəsizliyin yeni modelini dünyaya təqdim edir. Yaradılan əmin-amanlıq xalqın milli enerjisinin, qüvvə və potensialının yeni qələbələr üçün səfərbər edilməsinə imkan verir. Ən böyuk nailiyyət isə, zamanın “sürət” parametrinin nəzarətə alınması, onun Azərbaycanın inkişafına uyğunlaşdırılması, bunun məntiqi nəticəsi olaraq, qısa müddətdə nəhəng uğurların əldə edilməsi kimi möcüzənin gerçəkliyə çevrilməsidir.

Tam məsuliyyətlə, əminliklə demək olar ki, çox qısa zamanda möhtəşəm nailiyyətlər əldə etməyin simvolu olan sürətli inkişaf modellərini - XX əsrin “Cənubi Asiya”, “Yaponiya” möcüzələrini tanıyan dünya bu gün, XXI yüzilliyin “Azərbaycan möcüzəsinin”, “keyfiyyət inqilabının” yaranması ərəfəsindədir. Azərbaycan xalqı qarşıdakı mərhələdə bunun qlobal miqyasda etirafının şahidi olacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib