AZƏRBAYCAN – UKRAYNA: ƏLİLLƏRİN PROBLEMLƏRİ UNUDULMUR
Səfir T.Əliyev Azərbaycan əlillərinə şəxsən kömək və qayğısına, 65 Qarabağ müharibəsi əlilinin hər il Saki kurort şəhərində sağlamlıq və bərpa proseduraları keçməsi imkanına görə Ukrayna nazirinə Azərbaycan hökuməti adından təşəkkür etdi. O dedi ki, nazirliyin bağışladığı arabalardan biri Qarabağ müharibəsində ayağını itirmiş Ukrayna mənşəli əlil üçün ayrılmışdır.
Səfir xüsusi vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə cari ildə ölkəmizin büdcəsinin 60 faizi sosial məsələlərə yönəldilmişdir. O qəti əmin olduğunu bildirdi ki, Azərbaycan Prezidentinin Ukraynaya qarşıdakı rəsmi səfəri dost ölkələrimiz arasında münasibətlər tarixində mühüm mərhələ olacaqdır.
Nazir Mixail Papiyev Bakıya rəsmi səfəri zamanı Prezident İlham Əliyevlə səmimi görüşünü xatırladı, Azərbaycan hökumətinin ölkəni müdafiə edərkən əlil olmuş insanlara qayğısını məmnunluqla vurğuladı.
Görüşün sonunda M.Papiyev Azərbaycanın Oğuz rayonundakı Qarabaldır kəndindən olan Böyük Vətən müharibəsi veteranı Muxtar İbrahimovun ona göndərdiyi məktubdan sətirləri oxudu. Kiyev uğrunda döyüşlərin iştirakçısı ona Truskavetsə putyovka ayrılmasını xahiş edir. Nazir dedi: “Biz Ukraynanın xilaskarları qarşısında borcumuzu unutmuruq. Ona görə də müharibə veteranına nəinki pulsuz putyovka ayıracaq, həm də bütün nəqliyyat xərclərini çəkəcəyik”.