Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan – XXI əsrin inkişaf nümunəsi

Azərbaycan – XXI əsrin inkişaf nümunəsi

Rektor: Prezident İlham Əliyevin uzaqgörən strateji fəaliyyəti cəmi 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələndi

Bakı, 28 oktyabr, AZƏRTAC

2003-cü il oktyabrın 15-də ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin andiçmə mərasimindəki nitqi Azərbaycanın yeni dövrdəki inkişaf yolunun aydın strategiyasını müəyyən etdi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycanın sülh, əmin-amanlıq, tərəqqi, inkişaf, quruculuq və sabitlik yolu ilə inkişafını davam etdirəcəyini bildirən İlham Əliyevin 20 il öncə andiçmə mərasimində verdiyi bəyanatın hər bir müddəası növbəti illərdə dövlət siyasəti kimi yüksək səviyyədə icra olundu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadi inkişafı müasir dünyanın tələbləri əsasında təmin olundu, ölkənin iqtisadi potensialı insan kapitalının mərkəzi hədəfi olaraq inkişaf etdi. Aparılan uğurlu fəaliyyətin nəticəsi olaraq Azərbaycan bir çox beynəlxalq hesabat və reytinqlərdə insan kapitalının inkişafı, səmərəli biznes mühitinin mövcudluğu və rəqabətədavamlı iş mühitinin formalaşdığı ölkələr sırasına yüksəldi. Dünya Bankının insan kapitalı indeksi, eləcə də insan inkişafı indeksi, qlobal rəqabətədavamlılıq indeksi və bu kimi beynəlxalq sıralamalarda Azərbaycanın göstəriciləri daim yüksəlməkdədir.

Rektor vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra 2030-cu ilədək sosial-iqtisadi inkişafımız üçün müəyyən edilmiş milli prioritetlərin hər biri insan kapitalının və sosial rifahın inkişafına xidmət edir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində iqtisadi inkişaf innovativ həllər vasitəsilə daha da optimallaşdırılır, müxtəlif dövlət proqramları tətbiq edilir. Ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistem qurulması mühüm hədəf kimi müəyyən edilib. Göstərilən məqsədlərə nail olmaq üçün Azərbaycan XXI əsrin tələblərinə uyğun təhsil siyasətinin həyata keçirilməsi ilə keyfiyyətli insan kapitalını daha da gücləndirməyi hədəfləyir. Bu dövr ərzində təhsilin pillə və səviyyələri üzrə inkişafı və onun əlçatanlığı, eləcə də elmin və elmi-tədqiqat potensialının müasirləşdirilməsi istiqamətində əsaslı işlər görülüb, ölkədə təhsilin bütün pillə və səviyyələri üzrə infrastruktur və məzmun islahatları həyata keçirilib, ali təhsilli vətəndaşların sayının artırılması və peşə təhsilinin əhatəsinin genişləndirilməsi məqsədilə davamlı islahatlar aparılıb. Minlərlə Azərbaycan gənci dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

Ötən iyirmi il ərzində ölkəmizin beynəlxalq münasibətlər sisteminə uğurlu inteqrasiya etdiyini və Azərbaycanın etibarlı tərəfdaş statusu qazandığını vurğulayan rektor bildirib ki, 2013-cü ildə ölkəmiz BMT-nın Təhlükəsizlik Şurasına sədrlik edib, bu fəaliyyəti çərçivəsində terrorizm və təhlükəsizliyə qarşı qlobal mübarizənin gücləndirilməsi üçün çalışıb, BMT tarixində ilk dəfə olaraq BMT ilə İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə çalışıb. Prezident İlham Əliyevin dünyanın ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına (QH) rəhbərliyi Azərbaycanın nüfuzunun artmasının növbəti bariz nümunəsidir. Məhz Azərbaycanın dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə 2020-ci ildə QH-də COVID-19 pandemiyasına dair iclas keçirilib, işçi qrupu yaradılıb və Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəsinin aparılması məqsədilə xüsusi sessiyası keçirilib. Beləliklə, Azərbaycan yalnız Cənubi Qafqaz regionu və ətraf coğrafiyada deyil, qlobal məsələlərin həllində də aparıcı rol oynamaqdadır. Azərbaycan yerləşdiyimiz regionun kommunikasiya infrastrukturunun qurulmasında, habelə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bununla yanaşı, Prezident İlham Əliyevin türk dövlətlərinin inteqrasiyasına yönəlin fəaliyyəti xüsusi qeyd edilməlidir. Belə ki, 2009-cu ildə Azərbaycanda başlayan prosesin tədricən bütün türkdilli dövlətləri əhatə etməsi işində Prezident İlham Əliyevin davamlı və sistemli siyasəti müstəsna rol oynayıb.

Rektor vurğulayıb ki, müstəqilliyimizin bərpasının ilk illərində formalaşmış mürəkkəb geosiyasi və geoiqtisadi şəraitdə Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətini qurdu. Prezident İlham Əliyev isə bu dövləti yeni zirvələrə yüksəltdi. Prezident İlham Əliyevin uzaqgörən strateji fəaliyyəti 2020-ci ilin payızında cəmi 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələndi. Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti, xalqa olan sevgisi və xalqdan davamlı olaraq aldığı dəstək bu tarixi missiyaya imza atmağa imkan verdi. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi tarixi ədalətin təntənəsi ilə yanaşı, həm də beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunması, BMT-nin qətnamələrinin yerinə yetirilməsi demək idi. Suverenliyimizin tam təmin edilməsi ilə nəticələnən 2023-cü ilin sentyabr ayının lokal antiterror tədbirləri beynəlxalq humanitar hüquq və Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilməklə, ölkəmizin son iyirmi ildə formalaşdırdığı ədalətli dövlətçilik ənənələrini bir daha nümayiş etdirdi.

“Güclü lider, milli birlik və qüdrətli iqtisadi inkişaf nəticəsində əldə edilmiş qələbə ölkəmizdə innovasiyanın hər bir sahədə tətbiq olunduğunu nümayiş etdirməklə yanaşı, Azərbaycanın beynəlxalq humanitar hüququn prinsiplərinə, ədalət və ləyaqət anlayışına hörmətinin növbəti təzahürü oldu. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, öz ərazi bütövlüyü və suverenliyinin bərpasında Azərbaycan dövləti beynəlxalq hüququn, Cenevrə konvensiyalarının bütün tələblərinə əməl edərək düşmənə qarşı ləyaqətlə davrandı. Bu isə həm beynəlxalq humanitar hüquq konteksti, həm də müvafiq situasiyalar üçün ədalətli idarəetmənin nümunəsini yaradır, siyasi elmin nəzəriyyələri çərçivəsində mühüm tədqiqatlara yol açır. Bu, bütün sahələrdə ədalət prinsiplərinə söykənın idarəetmə modelinin tətbiqinin aydın nümunəsidir”, - deyə A.Nağıyev bildirib.

Rektor vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu 2023-cü ildə ölkəmizin tam suverenliyinin bərpa edilməsi fərəhləndirici və qürurverici haldır. İlk dəfə prezident seçilməsinin iyirminci ilinin tamamında, 2023-cü ilin 15 oktyabrında Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, digər qəsəbə və ərazilərimizdə Azərbaycanın Dövlət Bayrağını ucaltması, Xankəndi şəhərindən xalqa müraciəti tariximizin yeni inkişaf salnaməsinə keçidi xarakterizə edir.

“Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqa müraciəti Azərbaycan xalqının 30 illik işğal və təcavüz yarasını sildi, qarşımızda yeni inkişaf hədəfləri qoydu. Prezident İlham Əliyev xalqın milli kimliyini özünə qaytararaq onu uzun əsrlərin mənfi basqılarından xilas etdi, əsrlər boyu ərazi və suverenlik itkisi ilə sarsılan milli şüurunda yeni bir dönəmi, qalibiyyətlər və yüksəliş erasını başlatdı. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bundan sonrakı inkişafı da ölkəmizin yeni zirvələrə yüksəlişləri ilə müşayiət olunacaq. Azərbaycan XXI əsrin sürətlə inkişaf edən innovasiyalar məkanına çevirəcək”, - deyə A.Nağıyev fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib