ELM VƏ TƏHSİL
Azərbaycan alimi beynəlxalq tədbirdə ölkəmizdə aparılan nüvə tədqiqatları haqqında məruzə ilə çıxış etmişdir
Bakı, 12 iyun (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini Rəvan Mehdiyeva İstanbulda Türkiyə Atom Enerji Kurumunun Çekmeçe Nüvə Tədqiqatları Mərkəzində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Avropa İttifaqı Təhlükəsizlik Komitəsinin tədqiqat nüvə reaktorları üçün keçirdiyi ikinci illik yığıncaqda iştirak etmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, yığıncaq iştirakçıları öz ölkələrində nüvə təhlükəsizliyi sistemi barədə məlumat vermişlər.
R.Mehdiyeva Azərbaycan Respublikasında nüvə tədqiqatları haqqında məruzə ilə çıxış etmişdir.
Avstriya, Azərbaycan, Bolqarıstan, Fransa, Macarıstan, Qazaxıstan, Latviya, Polşa, Rumıniya, Sloveniya, Serbiya, Türkiyə, Ukrayna tədqiqat nüvə reaktorlarının rəhbərlərinin iştirak etdikləri toplantıda Fukusima hadisəsindən sonra nüvə reaktorlarının təhlükəsizlik ssenarisi addım-addım izlənməklə müzakirə edilmiş, mövcud vəziyyət, uyğun problemlər, onların aradan qaldırılması yolları araşdırılmışdır.