ELM VƏ TƏHSİL
AZƏRBAYCAN ALİMLƏRİ BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Vyanada “Tədqiqat nüvə reaktorları: biznes və araşdırmalar üzrə strateji planlaşdırma” mövzusunda beynəlxalq seminar keçirilmişdir.
Seminarda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov və institutun əməkdaşı Mətanət Həsənova təmsil etmişlər.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) dəstəyi ilə təşkil olunan tədbirdə təcrübə mübadiləsi aparılmış, əməkdaşlığın perspektivləri müəyyənləşdirilmişdir.
Seminarda ölkəmizdə nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə indiyədək aparılan işlər və perspektiv proqramlar, nəzərdə tutulan tədqiqatlar, əməkdaşlıq məsələləri müzakirə edilmişdir.