Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan-Amerika Qadınlar Assosiasiyasının və Nyu-Yorkdakı “Azərbaycan Evi”nin prezidenti Minəvvər Vahabovadan

Hörmətli cənab Prezidentim İlham Əliyev,

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik. Vətənimiz və xalqımız üçün gördüyünüz böyük işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Əminik ki, Siz Azərbaycanı inkişaf yolları ilə daha da irəliyə aparacaqsınız.

Hörmətli cənab Prezident, Sizin ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini, quruculuq strategiyasını uğurla davam etdirməyiniz hər bir vətənpərvər azərbaycanlının qəlbini qürur hissi ilə doldurur. Vətəndən uzaqlarda yaşayan bir azərbaycanlı kimi mən də bu uğurlara çox sevinirəm. Bilirəm ki, bu uğurların təməlində Sizin - çox güclü Liderimizin səyləri, yaradıcı təşəbbüsləri dayanır.

Biz, xaricdə yaşayan azərbaycanlılar da öz növbəmizdə, vətənimiz Azərbaycanı olduğumuz ölkələrdə layiqincə təmsil etməyə çalışırıq. Hər zaman Vətənin vuran qolu və döyünən ürəyi olmağa, onun əmin-amanlığı üçün əlimizdən gələni etməyə hazırıq. Yaşadığımız ölkələrdə qazandığımız uğurlar da Vətənə olan ərməğanımızdır. Missiyamız ondan ibarətdir ki, azərbaycanlılar yalnız müsbət cəhətləri, elm və təhsildə qazandıqları uğurlarla, diasporumuzun güclənməsi yolunda fəaliyyətləri ilə tanınsınlar.

Sizinlə Nyu-Yorkda görüşümüz zamanı söz verdiyimiz kimi, Siz hər zaman bizə inana və güvənə bilərsiniz.

Sizə uzun və mənalı ömür, Vətənin çiçəklənməsi yolunda tükənməz güc və əzmkarlıq arzu edirik.

Dərin hörmətlə,

Minəvvər Vahabova

Azərbaycan-Amerika Qadınlar Assosiasiyasının və

Nyu-Yorkdakı “Azərbaycan Evi”nin prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin