İDMAN
Azərbaycan atleti veteranlar arasında Avropa çempionatında bürünc medal qazanıb
Bakı, 27 avqust (AZƏRTAC). İzmirdə veteranlar arasında yüngül atletika üzrə Avropa çempionatı keçirilir.
AZƏRTAC xəbər verir ki, bütün Avropadan təşrif buyuran idmançılar 35 yaşdan başlayaraq 85 yaşadək bütün kateqoriyalar üzrə mübarizə aparırlar.
Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının üzvü, 2013-cü ildə səmti müəyyən etmə üzrə dünya çempionatında ölkəmizi təmsil edən Faiq Bağırov da 1500 və 800 metrlik məsafələrdə 35-40 yaş kateqoriyasında yarışır.
Min beş yüz metr məsafəyə qaçış yarışlarında Faiq Bağırov finişə üçüncü çatıb və bürünc medal qazanıb.
Atletimiz 800 metrlik məsafə üzrə qaçış yarışlarına avqustun 30-da qatılacaqdır. Çempionata avqustun 31-də yekun vurulacaq.