Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan Avrasiyada alternativ nəqliyyat dəhlizləri təqdim edir

Azərbaycan Avrasiyada alternativ nəqliyyat dəhlizləri təqdim edir

Pekin, 27 aprel, AZƏRTAC

Çin ilə Avropa arasında yüklərin daşınmasında Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə olunması gündən-günə artır. Prezident İlham Əliyevin Azərbaycanın yerləşdiyi coğrafi mövqeyindən və iqtisadi imkanlarından səmərəli istifadə olunmaqla, beynəlxalq nəqliyyat-logistika dəhlizlərinin yaradılması istiqamətində atdığı uzaqgörən addımların bəhrəsi getdikcə daha çox müşahidə olunur.

COVID-19 pandemiyasının beynəlxalq iqtisadi-ticari əlaqələrə, istehsal üçün tədarük zəncirinə mənfi təsirləri aradan qalxmamış, Avropada yeni müharibənin alovlanması Avrasiya regionunda iqtisadi əlaqələri, xüsusən də beynəlxalq ticarəti bir az da çətinə salıb. Avropada hazırda davam edən müharibənin və onun müxtəlif ölkələr arasında siyasi və iqtisadi münasibətlərə neqativ təsirinin beynəlxalq iqtisadi əlaqələrə də əhəmiyyətli dərəcədə zərər vurması getdikcə daha qabarıq formada müşahidə olunur. Müxtəlif dövlətlərə, şirkətlərə qarşı tətbiq olunan sanksiyalar pandemiyadan xeyli zərər görmüş beynəlxalq iqtisadi-ticari əlaqələrdə, o cümlədən beynəlxalq yükdaşımalarda bir az da çətin vəziyyət yaradıb. Bu məqam dünyanın ikinci ən böyük iqtisadiyyatı və ən böyük ixracatçısı olan Çindən Avropaya yüklərin daşınmasında da artıq özünü göstərməyə başlayıb. Belə ki, Çin ilə Avropa arasında ənənəvi dəmir yolu rabitəsi olan şimal xəttində qeyri-müəyyənlik müşahidə olunur. Regionun mürəkkəb geosiyasi vəziyyəti alternativ dəhlizlərdən istifadə və həmin dəhlizlərin inkişafı ilə bağlı mövzunun vacibliyini bir daha ön plana çəkir.

Hələ tarixi İpək yolu dövründən müxtəlif ölkələri birləşdirən ticarət yollarının üzərində yerləşən Azərbaycanın özünün iqtisadi, nəqliyyat-logistika potensialı sayəsində 500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çin ilə Avropa arasında iqtisadi qovşaq rolu getdikcə daha da yüksəlir. Prezident İlham Əliyevin illər əvvəl qəbul etdiyi düşünülmüş qərarları ilə Azərbaycan özünün nəqliyyat-logistika potensialını inkişaf etdirərək, Avrasiyada yeni, alternativ dəhlizlərin yaranmasını təmin edib. Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyəti istiqamətində görülmüş işlər Azərbaycanın tranzit ölkə kimi beynəlxalq yükdaşımalardakı mövqeyini möhkəmləndirir. 44 günlük Vətən müharibəsindəki Zəfərdən sonra reallaşan Zəngəzur dəhlizinin isə Azərbaycanın tranzit imkanlarını daha çoxaldacağı şübhəsizdir.

Çindən Avropaya göndərilən yüklərin daşınmasında Azərbaycanın təqdim etdiyi tranzit daşımalarla bağlı imkanlar çox səmərəlidir və perspektivlidir. Azərbaycanın nəqliyyat potensialı, o cümlədən Ələtdəki beynəlxalq ticarət limanı, Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti Çindən Avropaya dəmir yolu ilə yeni yükdaşıma imkanlarını çoxaldıb. Elə bu günlərdə Çindən Xəzər dənizi və Azərbaycan üzərindən keçməklə Avropaya yeni yük qatarı marşrutunun işə salınması da dediklərimizin əyani sübutudur. Avropaya dəmir yolu ilə yükdaşımalar üzrə iri qovşağı hesab olunan Çinin Sian şəhərindən başlayan marşrut dəmir yolu və bərələr vasitəsilə Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Qara dənizdən keçməklə Rumıniyanın Konstantsa limanına, oradan isə Macarıstan, Slovakiya, Çexiyadan keçərək Almaniyanın nəqliyyat qovşağı olan Manheym şəhərinədək uzanır. Təxminən 11 min 300 kilometr uzunluğu olan bu marşrut üzrə 42 konteynerdən ibarət ilk qatar aprelin 13-də Siandakı beynəlxalq yük limanından yola çıxıb və hazırda yoldadır. Bu, Çin ilə Avropa arasında yüklərin daşınması üçün 2020-ci ilin dekabrında Bakı-Tbilisi-Qars xətti vasitəsilə istifadəyə verilmiş Türkiyə-Çin (Sian) dəmir yolu əlaqəsinin ardından, bir neçə beynəlxalq logistika şirkəti ilə birgə yaradılan növbəti Çin-Avropa marşrutdur. Şimal xəttinə alternativ olaraq açılan bu marşrut yerli və xarici ticarət və logistika şirkətləri üçün yeni imkanlar açacaq. Marşrutun üzərindəki bəzi ölkələrdən və bölgələrdən əvvəllər Çin-Avropa yük qatarlarının nadir hallarda keçdiyini nəzərə alsaq, təzə xəttin şirkətləri yeni beynəlxalq bazarlara çıxaracağını da söyləyə bilərik. Avropada hazırkı münaqişələr fonunda yeni açılan marşrutun Çin ilə Avropa, xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında yeni ticarət kanalına çevrilmək potensialı böyükdür.

Bu kontekstdə ötən həftə ərzində Çin xarici işlər naziri Van İnin Cənubi Qafqaz ölkələrindəki həmkarları ilə telefon danışığını da təsadüfi hesab etmək olmaz. Belə ki, telefon danışıqları zamanı ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri ilə yanaşı, regionda nəqliyyat əlaqələrinin, o cümlədən kommunikasiyaların bərpası mövzusu müzakirə edilib. Əslində yuxarıda da qeyd etdiyimiz kimi, Avropada hazırda davam edən müharibə fonunda Çinin öz yüklərini Avropaya daşımaq üçün yeni alternativ dəhlizlərə daha çox maraq göstərməsi təəccüblü deyil. Çünki dünyanın ən iri idxalçısı olan Çin özünün ən böyük ticarət tərəfdaşlarından olan Avropa ilə iqtisadi əlaqələrə və təbii ki, Avropa ilə etibarlı yük dövriyyəsinə xüsusi həssaslıqla yanaşır. Azərbaycan isə Prezident İlham Əliyevin rəhbərliyi altında bütün formatlarda təkcə siyasi deyil, eləcə də iqtisadi sahədə əməkdaşlığa və tərəfdaşlığa nəinki hazır olduğunu bəyan edib, hətta öz daxili imkanları hesabına ən yüksək standartlara cavab verən müvafiq infrastruktur da yaradıb. Əminliklə deyə bilərik ki, nəqliyyat-logistika sahəsində vaxtında görülmüş işlər sayəsində Azərbaycanın Avrasiya regionunda beynəlxalq əməkdaşlığa töhfələri təkcə iqtisadi mənfəətlə ölçülmür, həm də ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzunu davamlı çoxaldır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO