İDMAN
Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə milli komandamız Beynəlxalq Ardeşen Offroad yarışlarında iştirak edəcək
Bakı, 29 avqust (AZƏRTAC). Azərbaycan pilotları avqustun 30- 31-də Türkiyənin Rizə vilayətinin Ardeşen rayonunda keçiriləcək üçüncü Beynəlxalq Ardeşen Offroad yarışlarında iştirak edəcəklər.
Azərbaycan Avtomobil Federasiyasından AZƏRTAC-a bildiriblər ki, bu yarışda federasiyanın dəstəyi ilə milli komandamız rəqib heyətlərlə mübarizə aparacaq.
Üçüncü Beynəlxalq Ardeşen Offroad yarışlarında Türkiyə, Azərbaycan, Gürcüstan, İran və Ermənistan pilotları mübarizə aparacaqlar.
Xatırladaq ki, 2012-ci ildə keçirilmiş ikinci Beynəlxalq Ardeşen Offroad yarışlarında Azərbaycan ekipajı gümüş medal qazanmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]