İQTİSADİYYAT
Azərbaycan Beynəlxalq Dəmir Yolları İttifaqının illik toplantısında təmsil olunur
Paris, 18 iyun, AZƏRTAC
Azərbaycan Parisdə keçirilən Beynəlxalq Dəmir Yolları İttifaqının 5-ci illik Təhlükəsizlik həftəsi toplantısında təmsil olunur.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndə heyəti təmsil edir. Nümayəndə heyəti toplantı çərçivəsində müzakirələrə qoşulacaq və müvafiq məsələlərlə bağlı fikirlərini bildirəcək.
İyunun 20-dək davam edəcək tədbirdə müxtəlif mövzulara dair müzakirələr aparılacaq.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti 1995-ci ildən Beynəlxalq Dəmir Yolları İttifaqının üzvüdür. İttifaq 1922-ci il oktyabrın 20-də Avropa ölkələrinin dəmir yolları arasındakı prosedurların uyğunlaşdırılması məqsədilə yaradılıb. Təxminən 100 ölkədən 200-dən çox dəmir yolu şirkətinin daxil olduğu qurumun əsas vəzifəsi dəmir yolu nəqliyyatının dünyanın ən etibarlı və ekoloji cəhətdən təmiz nəqliyyat növü kimi rəqabətqabiliyyətinin artırılmasıdır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris