İQTİSADİYYAT
Azərbaycan biznesmenləri Bryanska səfər edəcəklər
Moskva, 10 oktyabr, AZƏRTAC
Azərbaycan biznesmenləri biznes missiya ilə Rusiyanın Bryansk vilayətində olacaqlar.
Bryansk vilayətinin İdxalın Dəstəklənməsi Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, səfərdən məqsəd azərbaycanlı biznesmenlərin işgüzar tərəfdaşlar tapmasıdır. Burada keçiriləcək görüşlərdə əməkdaşlığın müxtəlif variantları ətrafında fikir mübadiləsi aparılacaq. Oktyabrın 21-də Bryanskda keçiriləcək görüşdə iqtisadi inkişaf üzrə regional departamentin əməkdaşları da iştirak edəcəklər. Həmin gün işgüzar danışıqların aparılacağı Rusiya-Azərbaycan əlaqələri birjasının da açılışı olacaq. Artıq Azərbaycanın iki böyük ticarət şəbəkəsi - “Spar” və “Araz” həmin görüşlərdə iştiraklarını təsdiq ediblər.
Xatırladaq ki, avqustda Bryansk şirkətləri Azərbaycanda keçirilən analoji işgüzar missiyada iştirak ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva