RƏSMİ SƏNƏDLƏR
Azərbaycan–Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikasının Milli Məclisi parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə qərara alır:
1. Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılsın.
2. Vüsal Afqan oğlu Hüseynov Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilsin.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.Əsədov
Bakı şəhəri, 14 aprel 2017-ci il.